Tarixdə baş vermiş qəza və fəlakətlər

Yaponiya tarixində dəhşətli zəlzələ - 1 sentyabr 1923-cü il.

Geri

1923-cü ilin 1 sentyabrında Yaponiyada 8,3 bal gücündə dəhşətli zəlzələ baş verdi. Bu zəlzələ hadisədən ən çox zərər çəkmiş vilayətin adı ilə "Kanto zəlzələsi" adlanır. Bununla yanaşı, Tokio və Yokohama şəhərlərinə də ciddi ziyan vurduğuna görə, bu zəlzələ tarixdə həm də "Tokio zəlzələsi" kimi də tanınır. Kanto zəlzələsinin episentri Tokiodan 90 km cənub-qərbdə, Osima adası yaxınlığındakı Saqami körfəzində qeydə alınıb. İki sutka ərzində 356 yeraltı təkan müşahidə olunub.

Zəlzələ Tokio, Yokohama, Yokosuka və bir neçə kiçik şəhəri yerlə-yeksan etdi. Nəticədə, təxminən, 174 min insan həlak oldu, 542 min nəfər itkin düşdü və bir milyondan artıq insan evsiz qaldı. Zərərçəkmişlərin ümumi sayı isə 4 milyon nəfər hesab olunur. Zəlzələ ardınca okeanda yaranan nəhəng dalğalar sahilboyunda yerləşən bir çox yaşayış məskənlərini məhv etdi.