Tarixdə baş vermiş qəza və fəlakətlər

1917-ci ildə Fransanın Modan şəhərində baş vermiş fəlakət

Geri

1917-ci ilin 12 dekabrında Fransanın Modan şəhərində tarixdə ən dəhşətli dəmir yolu qəzalarından biri baş verdi. Bu qəza nəticəsində 800 nəfər həlak oldu.

Belə ki, 1000-ə yaxın fransız əsgərini aparan qatar Turindən Liona gedən yolda gözlənilmədən relsdən çıxdı. Qatar yüksək sürətlə hərəkət etdiyindən və əyləc sistemi qızdığından qəzanın qarşısını almaq mümkün olmadı. Bir göz qırpımında taxtadan olan vaqonları od bürüdü. Nəticədə, 800 nəfər həlak oldu, onlarla insan müxtəlif dərəcəli bədən xəsarəti aldı. Həlak olanlardan yalnız 425-nin şəxsiyyətini müəyyən etmək mümkün oldu.