Tarixdə baş vermiş qəza və fəlakətlər

Çində 1556-cı il zəlzələsi

Geri

1556-cı ilin yanvar ayının 23-də Çinin Xua dağının ətrafında yerləşən Şensi şəhərinin yaxınlığında baş vermiş zəlzələ həlak olanların sayına görə tarixdə ən dəhşətli zəlzələlərdən biri sayılır. Belə ki, zəlzələ Şansi, Xenani, Qansu, Xebeya, Şanduna, Xubeya, Xunani, Tszyansu və Anhoya əyalətlərinin 97 bölgəsinə ziyan vuraraq, bu ərazilərdəki tikililəri məhv etdi və nəticədə, təqribən, 830.000 insan həlak oldu. O vaxtlar bu ərazilərdəki əhalinin böyük hissəsi meşəli təpələrin yamaclarında qurduqları qazmalarda yaşayırdırlar və zəlzələ baş verən zaman həmin qazmaların çökməsi həlak olanların sayının artmasına səbəb oldu.

Geoloji məlumatlara əsaslanaraq alimlər bu zəlzələni 11 bal gücündə qiymətləndirirlər. Bu, həlak olanların sayına görə tarixdə məlum olan ən dəhşətli zəlzələ və ümumiyyətlə, ən iri miqyaslı təbii fəlakətlərdən biri hesab edilir.