Tarixdə baş vermiş qəza və fəlakətlər

27 mart 1977-ci ildə Los-Rodeosda baş vermiş təyyarə qəzası

Geri

27 mart 1977-ci ildə Kanar arxipelaqına daxil olan Tenerife adasında yerləşən Los-Rodeos hava limanında yerli vaxtla saat 17:06-da dəhşətli təyyarə qəzası baş verdi - iki "Boinq-747" təyyarəsinin toqquşması nəticəsində 583 nəfər həlak oldu. 11 sentyabr 2001-ci ildə baş vermiş terror aktı istisna olmaqla, bu qəza aviasiya tarixində ən böyük qəza hesab olunur.

Hadisə uçuş zolağında baş verdi. Belə ki,"KLM" aviaşirkətinə məxsus 4805 nömrəli reyslə uçan təyyarə 250 km/saat sürətlə havaya qalxan zaman həmin uçuş zolağında "Pan Amerikan" aviaşirkətinə məxsus 1736 nömrəli reyslə uçan təyyarə ilə toqquşdu.

Nəticədə, "KLM" şirkətinə məxsus təyyarədə olan 234 sərnişin və 14 ekipaj üzvünün hamısı, digər təyyarədə isə 396 sərnişindən 326-sı və 9 ekipaj üzvü həlak oldu. Sonuncu təyyarənin burun hissəsi az zədələndiyindən 61 nəfər xilas oluna bildi. Xilas olunanların arasında hava gəmisinin kapitanı, ikinci pilot və bort mühəndisi də vardı.