Tarixdə baş vermiş qəza və fəlakətlər

Bxopalda kimyəvi qəza - 3 dekabr 1984-cü il

Geri

3 dekabr 1984-cü il tarixində gecə saatlarında Hindistanın Madxya-Pradeş ştatının Bxopal şəhərində yerləşən kimya zavodunda 15 min insanın ölümü ilə nəticələnən dəhşətli partlayış baş verdi. Bu hadisə tarixdə ən böyük kimyəvi qəza hesab edilir və Ginnesin rekordlar kitabında "ən güclü hava çirklənməsi" hadisəsi kimi qeydə alınmışdır.

Həmin gecə Bxopalda 40 tona yaxın metilizotsianat ətrafa yayıldı. Belə ki, zavodda istehsal olunan metilizotsianat herbisidlər istehsalında istifadə edilən üzvi birləşmə olmaqla, ağciyərə keçən kimi güclü şiş əmələ gətirir, gözlərə, dəriyə, mədəyə və qaraciyərə məhvedici təsir göstərir. Metilizotsianat havadan ağır olduğu üçün yüksəkliyə qalxmayıb, bir neçə saat ərzində qalın bulud halında şəhərin üstünü örtdü. İnsanların çoxu yuxuda olarkən həlak oldu.

Qəza metilizotsianat çəninə suyun dolması və kimyəvi reaksiya nəticəsində iki zəhərli qazın əmələ gəlməsi səbəbindən baş vermişdi.

15 min insanın həyatına son qoymuş bu qəza nəticəsində hazırda şəhərin hər dördüncü sakini xroniki xəstəlikdən əziyyət çəkir.