Tarixdə baş vermiş qəza və fəlakətlər

Gəncə zəlzələləri

Geri

Alp-Himalay seysmo-aktiv bölgəsində yerləşən Azərbaycanda ilk böyük zəlzələ 5-ci əsrə təsadüf edir. Belə ki, 427-ci ildə Gəncə şəhərindən təqribən 25km cənub-şərqdə 9 bal gücündə baş verən zəlzələ nəticəsində yüz minlərlə insan həlak olub. 700 il sonra, 1139-cu ilin sentyabrın 30-da Gəncədən 50km cənubda yenidən dəhşətli zəlzələ baş verib. Belə ki, 9 ballıq zəlzələ nəticəsində Kəpəz dağı uçaraq Ağsu çayının qarşısını kəsib və Göygöl, Maralgöl, Ceyrangöl, Ördəkgöl, Zalugölü, Ağgöl, Qaragöl və Şamlıgöl yaranıb. Kənd və qalalar yerlə yeksan olub. Bəzi mənbələrə görə 230 min, bəzilərinə görə isə 300 min insan həlak olub. Zəlzələdən sonra Gəncə şəhəri əvvəl yerləşdiyi ərazidən bir az şərqdə yenidən salınıb.

1935-ci ildə Gəncədə yenidən böyük dağıntılara səbəb olmuş "Zurnabad zəlzələsi" qeydə alınıb.