Tarixdə baş vermiş qəza və fəlakətlər

Afrikada gəmi qəzaya uğrayıb

Geri

21 iyul 2010-cu il tarixində Afrikanın şərqində gəmi qəzaya uğrayıb. İçərisində 60 nəfərin olduğu gəmi Viktoriyagölündə batıb. Nəticədə, 57 nəfər itkin düşmüş hesab olunur. Mənbəyə əsasən, 3 nəfəri xilas etmək mümkün olub. Qəzanın başvermə səbəbləri məlum deyil. Hadisə yerində axtarış-xilasetmə əməliyyatları davam etdirilir.

Qeyd edək ki, Viktoriya gölü Afrikada Tanzaniya, Keniya və Uqandanın ərazisində, dəniz səviyyəsindən 1134m yüksəklikdə yerləşir. Bu, Afrikanın ən böyük gölü olmaqla bərabər, böyüklüyünə görə Yuxarı göldən sonra dünyada ikinci şirinsulu göldür.