Təbii mənşəli fövqəladə hallar

ÇOVĞUN

Geri
ÇOVĞUN – güclü küləklə yer səthində və hava qatının yer səthinə yaxın hissəsində qarın sovrulmasıdır. Güclü külək yer səthinə nisbətən havanın və onun horizontal təşkiledicilərinin 24m/san-dən çox sürəkətlə hərəkətidir. Çovğunun yerüstü, aşağı və ümumi növləri ayrılır. Yerüstü və aşağı çovğunlar zamanı yeni yağmış qar sovrulur. Ümumi çovğun zamanı isə yerdə olan qar sovrulmaqla eyni zamanda qar yağır.

Qabaqlayıcı tədbirləri

Əgər güclü çovğun haqqında məlumat almısınızsa, qapı və pəncərələri, çardağın qapılarını və nəfəslikləri bağlayın.

Pəncərələrin şüşələrini kağız lent ilə yapışdırın. İki günlük su və ərzaq, dərman ehtiyatı, özü işıqlandırıcı vasitələr (fənər, ağ neft lampası, şam və s.) tədarükü görün, səyyar plitələr, batareya ilə işləyən radio qəbuledicilər hazırlayın. Eyvan və pəncərələrdə küləyin sovura biləcəyi əşyaları götürün.

Radio və televizoru açın, ola bilsin yeni məlumat daxil olsun. Elektrikin kəsilməsinə hazır olun.

ÇOVĞUN baş verdiyi zaman tədbirlər

Yalnız müstəsna hallarda binadan çıxın. Təklikdə çıxmaq məsləhət deyil. Ailə üzvlərinizə və qonşulara getdiyiniz yer və qayıdacağınız vaxt haqqında məlumat verin. Çovğuna və ya qar uçqununa düşsəniz çalışın qayaların, böyük ağacların gövdəsinin altında sığınacaq tapın. Üzü üstə yerə uzanıb əllərinizlə başınızı tutun (daş və ya buz parçalarından qorunmaq üçün) paltarınızın üstündən nəfəs alın.

Avtomobil ilə yalnız geniş yollarda və şoselərdə hərəkət etmək olar. Maşından çıxmısınızsa, görünmə itə biləcək məsafədə ondan uzaqlaşmayın.

Maşını tərk etməyin, yatmayın,maşının mühərriki işləyirsə, əmələ gələn qaz sizi zəhərləyə bilər.

Yolda qalmısınızsa, qırıq-qırıq siqnallar (işıq siqnalı da olar) verin, maşının kapotunu qaldırın, yaxud antenadan açıq rəngli parça asın, maşında yardım gözləyin. Belə halda mühərriki işlək saxlamaq olar, bu zaman pəncərələri açın ki, dəm qazından qorunmaq üçün içəridə havanın təmizlənməsinə nail olasınız. Əgər istiqaməti itirmisinizsə, yaxınlıqdakı yaşayış məntəqəsinə gedib, yerinizi dəqiqləşdirin. Çalışın çovğun qurtarana qədər olduğunuz yeri tərk etməyəsiniz. Əgər gücünüzün tükəndiyini hiss etsəniz bir yer tapıb ora sığının. İnsanlarla ünsiyyətdə də diqqətli və ehtiyatlı olun; təbii fəlakətlər zamanı avtomobillərdən, mənzillərdən və xidmət idarələrindən oğurluqların sayı artır.