Təbii mənşəli fövqəladə hallar

QAR UÇQUNU

Geri

Qar uçqunu - dağların dik yamacları boyu aşağıya doğru sürətlə sürüşən qar kütləsidir.

                              Qar uçqunu qorxusu olan yerlərdə əsas davranış qaydaları:

-qarlı və pis hava şəraitində dağlara çıxmayın;

-dağda olarkən havanın dəyişməsinə diqqət yetirin, uçqun ehtimalı olan sahələrdən, dik yamaclardan kənar gəzin;

Qar uçqunu başlayıbsa:

-qar uçqunu xeyli yüksəklikdə başlayıbsa, dərhal qaçaraq onun yolu üstündən kənara çıxmağa çalışın, yaxınlıqdakı qayanın çıxıntısı altında gizlənin;

-uçqundan qaçıb qurtarmaq mümkün deyilsə, çanta və bu kimi digər əşyaları kənara atın, çömələrək dizlərinizi qarnınıza sıxıb bədəninizi axının hərəkət istiqamətinə yönəldin.

Uçqun sizi yaxalayıbsa:

-nəfəs yollarını qardan qorumaq üçün ağız və burnunuzu şərf, əlcək, yaxud paltarın yaxalığı ilə örtün;

-qollarınızla suda üzən kimi hərəkət edərək uçqunun səthinə və ya kənarına çıxmağa çalışın;

-axın dayandıqda qar altında rahat nəfəs almaq üçün qollarınızla döş qəfəsi və üz ətrafında boşluq yaratmağa çalışın;

-uçqunun səthinə tərəf hərəkət etməyə çalışın (səthin harada olduğunu ağızdan axan tüpürcəyin istiqamətinə görə təyin etmək olar);

-qar altından müstəqil çıxa bilmirsinizsə, qışqırmaq və sair hərəkətlər etməyin. Bu, sizin qüvvənizi, ətrafınızdakı oksigeni və istiliyi azaldır.

-soyuqqanlılığınızı itirmədən xilasediciləri gözləyin, yuxuya getməyin.

Təhlükə zamanı 112-yə zəng edin!