Təbii mənşəli fövqəladə hallar

QASIRĞA, FIRTINA, BURAĞAN

Geri
QASIRĞA – dağıdıcı gücə malik və uzun müddətli sürəti 32 m/s-dən çox olan küləkdir.  Tropik en dairəsində yaranan, insan tələfatına və böyük dağıntılara səbəb olan, havanın aşağı təzyiqi və küləyin tufan sürəti ilə (32 m/s-dən çox) müşayiət olunan qasırğalar siklon adlandırılır. Tropik qasırğasının yerli adı isə-tayfundur.

FIRTINA – dənizdə güclü dalğa yaradan, quruda dağıntılara səbəb ola bilən sürəti 20 m/s-dən çox olan güclü küləkdir. 

BURAĞAN – havanın şaquli və ya maili ox ətrafında fırlanma hərəkətindən əmələ gələn, tufan buludunda yaranan və aşağıya doğru, çox vaxt yerin səthinə qədər qara buludlu diametri 1000 m-ə qədər olan, güclü dağıdıcı gücə malik, havanın sürəti 100 m/s-ə qədər olan, xortum formasında hərəkət edən atmosfer törəməsidir. Qısa müddətli olur və buludlar ilə birlikdə çəkilir.İnsanlar üçün belə təbiət hadisələri zamanı təhlükə çox vaxt yolların, körpülərin, tikililərin, hava elektrik və rabitə xətlərinin, yerüstü boru kəmərlərinin dağılması, eləcə də insanların böyük sürət ilə hərəkət edən dağıntı qalıqları və şüşə parçalarından zərər çəkməsi ilə nəticələnir. Bundan başqa binaların tam dağılması səbəbindən insanlar zədə ala və həlak ola bilərlər. Qar və toz fırtınası zamanı açıq sahələrdə, yollarda, yaşayış məntəqələrində qar yığını və toz topalarının (“qara fırtına”) yaranması, eləcə də suların çirklənməsi mümkündür.Qasırğa, fırtına və burağanların yaranmasının əsas səbəbi küləyin sürətinin artması və atmosfer təzyiqinin kəskin şəkildə aşağı düşməsi, leysan yağışları, güclü qar yağması və qrunt tozlarının əmələ gəlməsidir.Əgər siz qasırğa, fırtına və burağanların xarakterik olduğu ərazidə yaşayırsınızsa, aşağıdakıları özünüz üçün müəyyən edin:
  • adı çəkilən təbii fəlakət haqqında məlumat verən xəbərdar edici siqnalı;
  • insanları müdafiə etmək və tikililərin külək və su fırtınalarına qarşı möhkəmliliyini artırmaq qaydaları və vasitələrini;
  • qasırğa, qar və toz fırtınası, burağan zamanı insanların davranış qaydalarını;
  • qasırğa, fırtına, qar və toz burağanlarının nəticələrinin aradan qaldırılması, eləcə də zərərçəkənlərə, dağıntıların altında qalmış insanlara yardım göstərməyin qayda və vasitələri;
  • yaxınlıqda olan zirzəmilərdə, daha dözümlü və möhkəm tikililərdəki sığınacaq yerləri;
  • təxliyə zamanı təhlükəli ərazidən çıxmaq yolları və məskunlaşma rayonları;
  • məskunlaşdığınız ərazidəki müvafiq dövlət və fövqəladə hallarla məşğul olan orqanların ünvan və telefon nömrələri.
  • Fırtına xəbərdarlığı haqqında siqnal alan kimi:
  • damı, soba və hava dəyişdirici boruları möhkəmləndirin;
  • çardaqlardakı pəncərələri bərkidin (pəncərə qapağı, şit və faner ilə);
  • eyvanı və həyətin ərazisini yanğın təhlükəli əşyalardan təmizləyin;
  • təhlükəsiz rayona təxliyə halında 2-3 sutkalıq ərzaq və su ehtiyatı, eləcə də özü qidalanan enerji mənbələri (fənər, neft lampası, şam) hazırlayın;
  • yüngül tikililərdən daha möhkəm binalara və ya mülki müdafiənin tikililərinə keçin.
QASIRĞA, FIRTINA, BURAĞAN baş verdiyi zaman tədbirlər

Hər şeydən yaxşısı zirzəmidə gizlənməkdir. Əgər vaxt varsa qapını,ventilyasiyanı və pəncərəni bağlayın. İşıq, qaz yandırmaq məsləhət görülmür. Yanğın baş verə bilər.

Burulğandan yalnız avtomobilin köməyi ilə uzaqlaşmaq olar. Yadda saxlamaq lazımdır ki, burulğanin istiqamətini təyin etmək çətindir. Həm də avtomobil ildırım üçün yaxşı hədəfdir.

Yaxşı olar ki, yol kənarındakı arxlarda, xəndək və yarğanlarda daldalanasınız.

Qasırğa sizi binada yaxalayıbsa, evdəsinizsə, pəncərədən kənar durun və içəri tərəfdəki divarların yanında, koridorda, quraşdırılmış şkafların içində, vanna otaqlarında, tualetlərdə, anbarlarda təhlükəsiz yerdə yerləşin, elektrik, su, təbii qaz və ya tüpgaz təchizatlarını bağlayın, varsa sığınacağa getmək əgər yoxsa şüşələrdən və qapılardan uzaq dayanmaq, yerə yatmaq, uça biləcək cisimlərin çarpma təsirinə maneə törədə biləcək yastıq, yorğan kimi şeylərlə bədəni təhlükəsizliyini təmin edin. Çöldə və ya vasitə içindəsinizsə, ən yaxın sığınacağa və ya güclü görünən binaya sığınmaq, dənizdəsinizsə, xilasedici gödəkcə geymək, xilasedici halqaları hazır saxlamaq, sahilə çox yaxınlaşmamaq, gəminin xaricinə yaxın ən təhlükəsiz yerə sığınmaq, dənizə yaxın yerlərdə mümkün olan ən üst nöqtəyə getmək lazımdır.

Günün qaranlıq vaxtlarında fənərlərdən, lampalardan, şamlardan istifadə edin. Məlumat almaq üçün radioqəbuledicini qoşun, imkan olduqca dərinlikdə olan sığınacaqlara, zirzəmilərə və s. girin. Əgər qasırğa, tufan, yaxud burağan sizi küçədə yaxalayıbsa, yüngül tikililərdən, binalardan, körpülərdən, elektrik ötürücü xətlərdən, dirəklərdən, ağaclardan, çaylardan, göllərdən və sənaye müəssisələrindən mümkün qədər uzaq durun. Uçan əşyalardan, şüşə qırıntılarından qorunmaq üçün faner lövhələrdən, karton və plastmas yeşiklərdən, lövhələrdən və digər əlaltında olan vasitələrdən istifadə edin. Çalışın cəld ərazidə olan zirzəmilərə, radiasiya əleyhinə tikililərə sığınasınız. Zədələnmiş binalara daxil olmayın. Belə ki, yenidən qüvvətli külək olan zaman onlar dağıla bilər.

Qar fırtınası zamanı mənzilinizdən çıxmayın. Əgər hər hansı açıq bir yerdə, yaxud kəndə gedən yoldasınızsa, magistral yola çıxın. Burada gediş-gəliş intensivdir və sizə kömək edən tapılar.

Külək fırtınası zamanı üzünüzü tənzif sarğısı, dəsmal, parça qırığı ilə örtün, gözlərinizi isə eynəklə qoruyun. Fırtınanın gəldiyi haqqında məlumat siqnalı verilən kimi sığınacağa, zirzəmiyə düşün, yaxud da çarpayı və ya digər mebelin altında gizlənin. Burağan sizi açıq sahədə yaxalayıbsa, ətrafda olan xəndəkdə torpağa doğru əyilin və başınızı paltarınız, yaxud ağac budaqları ilə örtün. Avtomobildə qalmayın, ondan enib yuxarıda qeyd olunduğu kimi özünüzü qoruyun.