Beynəlxalq əlaqələr

Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi ilə ABŞ-ın müvafiq qurumları arasında əməkdaşlıq barədə qısa məlumat

Geri
Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi ilə ABŞ-ın müvafiq qurumları arasında əməkdaşlıq 17-23 dekabr 2006-cı il tarixində ABŞ-ın Birgə Əlaqə Komanda Proqramı çərçivəsində Oklahoma ştatının Oklahoma və Yeni Meksika şəhərlərində Mülki Orqanlara Hərbi Dəstəkdə İdarəetmə və Nəzarət tədbirində  Fövqəladə Hallar Nazirliyinin vəzifəli şəxslərinin iştirakı ilə başlamışdır.

9-10 iyul 2007-ci il

Amerika Birləşmiş Ştatlarının Vaşinqton şəhərində keçirilmiş Azərbaycan və ABŞ arasında təhlükəsizlik dialoqunun növbəti mərhələsində iştirak etmək məqsədilə fövqəladə hallar nazirinin müavini Faiq Cavad oğlu Tağı-zadə həmin ölkədə səfərdə olmuşdur.

4-25 aprel 2007-ci il

ABŞ-ın Ohayo Ştatının Sinsinati şəhərində  “İcma Əlaqələri Proqramının tərkib hissəsi olan şəhərsalma mübadilə proqram”ında Nazirliyin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin nümayəndəsi iştirak etmişdir.

9-27 aprel 2007-ci il

ABŞ-ın Qərbi Virciniya ştatının Morqantaun şəhərində ABŞ Dövlət Departamenti tərəfindən keçirilən “Partlayıcı maddələrin və qurğuların zərərsizləşdirilməsinin təkmilləşdirilməsinə dair təlim kursu”nda Nazirliyin Mülki müdafiə qoşunlarının nümayəndələri iştirak etmişlər.

3-5 noyabr 2009-cu il

Azərbaycan Respublikası ilə Amerika Birləşmiş Ştatları arasında növbəti təhlükəsizlik dialoqunda iştirak etmək məqsədi ilə Fövqəladə hallar nazirinin müavini Orucəli Məmməd oğlu Hacıyev Amerika Birləşmiş Ştatlarında səfərdə olmuşdur.

15 aprel 2011-cu il

Azərbaycan Respublikası Fövqəladə Hallar naziri general-polkovnik Kəmaləddin Heydərov Amerika Birləşmiş Ştatlarının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri cənab Metyu Brayzanı  qəbul etmişdir.

28 sentyabr 2011-ci il  

Amerika Birləşmiş Ştatlarının “Honewell Process Solutions” şirkətinin strateji ölkələr üzrə Vitse-prezidenti Kris Spiarın başçılıq etdiyi nümayəndə heyəti ilə Azərbaycan Respublikası Fövqəladə hallar nazirinin birinci müavini general-leytenant Rəfail Mirzəyev arasında görüş keçirilmişdir.

8 dekabr 2011-ci il  

Azərbaycanda Amerika Ticarət Palatasının Aylıq İşgüzar naharında Azərbaycan Respublikasının Fövqəladə hallar naziri cənab general-polkovnik Kəmaləddin Heydərov iştirak etmişdir.

24 iyul 2012 - ci il  

Amerika Birləşmiş Ştatlarının Vaşinqton şəhərində keçirilmiş Azərbaycan və ABŞ arasında təhlükəsizlik dialoqunun növbəti (13-cü) mərhələsində iştirak etmək məqsədilə fövqəladə hallar nazirinin müavini Ragim Əhəd oğlu Lətifov həmin ölkədə səfərdə olmuşdur.

14 avqust 2012-ci il

Amerika Birləşmiş Ştatlarının Oklahoma Milli Qvardiyasının komandanı general-mayor Mayls Dirinqin rəhbərlik etdiyi  nümayəndə heyəti ilə Fövqəladə hallar nazirinin müavini Faiq Cavad oğlu Tağı-zadə arasında görüş keçirilmişdir.

23 oktyabr 2012-ci il

Azərbaycan Respublikasının fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov Amerika Birləşmiş Ştatlarının Azərbaycan Respublikasına yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri cənab Riçard Morninqstarı qəbul etmişdir.

30 avqust 2013-cü il

 Azərbaycan Respublikasının fövqəladə hallar nazirin müavinləri Faiq Tağı-zadə və Ragim Lətifov ilə Oklahoma Milli Qvardiyasının Komandanı general-leytenant Maylz Deerinqin başçılıq etdiyi nümayəndə heyəti arasında görüş keçirilmişdir.

15-21 sentyabr 2013-cü il

ABŞ-ın Oklahoma Milli Qvardiyasının Komandanı general-leytenant Maylz Deerinqin dəvəti ilə Amerika Birləşmiş Ştatlarının Oklahoma ştatında yerləşən Kemp Qruber Təlim Mərkəzində fövqalədə halların nəticələrinin aradan qaldırılması məsələlərinə həsr olunmuş “Müştərək Qartal”  adlı təlimində Nazirliyin nümayəndələri iştirak etmişdir.

 

 

22 may 2014-cü il

 Azərbaycan Respublikasının fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov Amerika Birləşmiş Ştatlarının Daxili Təhlükəsizlik Departamenti Beynəlxalq Məsələlər üzrə Katibin Köməkçisi və Baş Diplomatik Məmuru Alan Bersinini qəbul etmişdir. Görüşdə fövqəladə halların idarə olunması, enerji təhlükəsizliyi, neft dağılmaları, nüvə qaçaqmalçılığı, mühüm infrastrukturunun müdafiəsi məsələləri sahəsində mövcud əməkdaşlıq əlaqələrinin inkişaf etdirilməsi, gələcək əməkdaşlıq perspektivləri və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunmuşdur.

16 iyul 2014-cü il

 Azərbaycan Respublikasının fövqəladə hallar nazirin müavinləri Faiq Tağı-zadə və Ragim Lətifov ilə Oklahoma Milli Qvardiyasının Komandanı general-leytenant Maylz Deerinqin başçılıq etdiyi nümayəndə heyəti arasında görüş keçirilmişdir.

24 İyul 2014-cü il

 Azərbaycan Respublikasının fövqəladə hallar naziri Kəmaləddin Heydərov diplomatik missiyasının başa çatması ilə əlaqədar ABŞ-ın ölkəmizdəki səfiri Riçard Morninqstar ilə görüşmüşdür. 

10 aprel 2015-ci il

Azərbaycan Respublikasının fövqəladə hallar naziri Kəmaləddin Heydərov Amerika Birləşmiş Ştatlarının ölkəmizə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Robert Sekutanı qəbul etmişdir. Görüş zamanı qonağa Respublikada fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahəsində görülən işlər, nazirliyin strukturuna daxil olan qurumların fəaliyyəti barədə ətraflı məlumat verilmişdir.