Beynəlxalq əlaqələr

FHN və Əfqanıstanın müvafiq qurumları arasındaki əməkdaşlıq barədə qısa məlumat

Geri
Qarşılıqlı səfər və görüşlərin xronoloji ardıcıllığı:

5 iyul 2012-ci il Fövqəladə hallar nazirinin müavini, tibb xidməti general-leytenantı Faiq Tağı-zadə Əfqanıstan İslam Respublikası fəlakətlərin idarəolunması milli agentliyinin baş direktoru Mohammad Daim Kakarın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul etmişdir;

22 yanvar 2013-cü il Fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov Əfqanıstan İslam Respublikasının Azərbaycana yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Mohammad Şaker Karqarı qəbul etmişdir;

8 fevral 2013-cü il Fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov Əfqanıstan İslam Respublikasının xarici işlər nazirinin müavini Javed Ludini qəbul etmişdir;

30 may 2013-cü il Fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov Əfqanıstan İslam Respublikasının xarici işlər naziri Zalmai Rassulu qəbul etmişdir;

9 iyul 2013-cü il Fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov Əfqanıstan İslam Respublikasının daxili işlər naziri, ordu generalı Qulam Muctaba Patanqı qəbul etmişdir;

4 sentyabr 2013-cü il    Fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov Əfqanıstan İslam Respublikasının mədən və neft naziri Vahidullah Şəhranini qəbul etmişdir;

18 yanvar 2014-cü il Fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov Əfqanıstan İslam Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Şaker Karqarı qəbul etmişdir;

18 mart 2014-cü il Fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov Azərbaycanda səfərdə olan Əfqanıstan İslam Repsublikasının xarici işlər naziri Zarar Əhməd Osmanini qəbul etmişdir;

29 aprel 2014-cü il Fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov Əfqanıstan İslam Respublikasının ticarət və sənaye naziri Mohammad Şaker Karqarı qəbul etmişdir;

4-5 iyun 2014-cü il Əfqanıstan İslam Respublikasının fəlakətlərin idarə olunması milli agentliyinin baş direktoru Mohammed Daim Kakar Qəbələ şəhərində keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatının “Fəlakət riskinin idarə olunması üzrə 7-ci Beynəlxalq Konfrans”ında iştirak etmək məqsədilə Azərbaycanda işgüzar səfərdəolmuşdur;

9 aprel 2015-ci il Fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov Azərbaycanda səfərdə olan Əfqanıstan İslam Respublikasının mədən və neft naziri Daud Şah Saba və Prezidentin MDB ölkələri üzrə səlahiyyətli nümayəndəsi Şaker Karqarı qəbul etmişdir; 

Humanitar yardım:

04 May 2014-cü il Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin göstərişinə əsasən, Fövqəladə Hallar Nazirliyi, Əfqanıstan şimalında baş vermiş leysan yağışları nəticəsində zərər çəkmiş insanlara ümumi çəkisi 122 ton olan ərzaq və sənaye məhsullarından ibarət humanitar yardım göndərmişdir.