Beynəlxalq əlaqələr

FHN və Avstriyanın müvafiq qurumları arasındaki əməkdaşlıq barədə qısa məlumat

Geri
Qarşılıqlı səfər və görüşlərin xronoloji ardıcıllığı:

21 sentyabr 2006-cı il   Fövqəladə hallar nazirinin müavini, tibb xidməti general-leytenantı Faiq Tağı-zadənin rəhbərlik etdiyi nümayəndə heyəti Avstriya Respublikası Federal Daxili İşlər Nazirliyinin dəvəti ilə Avstriyada səfərdə olmuşdur;

18 mart 2010-cu il         Fövqəladə hallar nazirinin müavini, tibb xidməti general-leytenantı Faiq Tağı-zadə Avstriya-Azərbaycan Ticarət Palatasının nümayəndə heyətini qəbul etmişdir;

24 iyun 2010-cu il         Fövqəladə hallar nazirinin müavini, tibb xidməti general-leytenantı Faiq Tağı-zadə Avstriya-Azərbaycan Ticarət Palatasının nümayəndə heyətini qəbul etmişdir;

16 oktyabr  2010-cu il   Fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov Avstriyanın Azərbaycana yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri xanım Silviya Mayer-Kaybiçi qəbul etmişdir;

29 noyabr 2010-cu il     Fövqəladə hallar nazirinin müavini, general-leytenant Etibar Mirzəyevin rəhbərlik etdiyi nümayəndə heyəti Avstriya Respublikası Federal Daxili İşlər Nazirliyinin Mülki Müdafiə, Böhran və Fövqəladə Hallar İdarəsinin dəvəti ilə Avstriyada səfərdə olmuşdur;

13 dekabr 2011-ci il      Fövqəladə hallar nazirinin müavini, general-leytenant Etibar Mirzəyev Avstriyanın Azərbaycan və Gürcüstana akreditə olunmuş polis attaşesi Aleksandr Noymyulleri qəbul etmişdir;

17 fevral 2012-ci il        Fövqəladə hallar nazirinin müavini, general-leytenant Etibar Mirzəyev Avstriyanın Azərbaycan və Gürcüstana akreditə olunmuş polis attaşesi Aleksandr Noymyulleri qəbul etmişdir;

17-18 sentyabr 2012-ci il       Fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərovun rəhbərlik etdiyi nümayəndə heyəti Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin Baş Konfransının 56-cı sessiyasında iştirak etmək məqsədilə Avstriyada səfərdə olmuşdur;

3 dekabr 2013-cü il       Fövqəladə hallar nazirin müavinləri, tibb xidməti general-leytenantı Faiq Tağı-zadə və Ragim Lətifovun Avstriya Respublikasının Federal nəqliyyat, innovasiya və texnologiya nazirinin müavini Andreas Rayxhardtın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul etmişdir;

1 aprel 2014-cü il          Fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov Avstriya Respublikasının milli şurasının ikinci Prezidenti Karlhayntz Kopfun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul etmişdir;

20 noyabr 2014-cü il     Fövqəladə hallar nazirinin müavini, general-leytenant Etibar Mirzəyev Azərbaycanda səfərdə olan Avstriya Federal daxili işlər nazirinin müavini Hermann Feineri qəbul etmişdir;

13 aprel 2015-ci il         Fövqəladə hallar nazirinin müavini, general-leytenant Etibar Mirzəyev Avstriyanın fövqəladə hallar üzrə dəstək qrupundan ibarət nümayəndə heyətini qəbul etmişdir;