Beynəlxalq əlaqələr

FHN və Belarus Respublikasının müvafiq qurumları arasında əməkdaşlıq barədə qısa məlumat

Geri
Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi və Belarus Respublikası Fövqəladə Hallar Nazirliyi və onun tabeçiliyində olan qurumları arasında əməkdaşlıq 25-27 yanvar mart 2007-ci il tarixlərində fövqəladə hallar nazirinin müavini tibb xidməti general-leytenantı  Faiq Tağı-zadənin rəhbərlik etdiyi nümayəndə heyətinin Belarus Respublikasına işgüzar səfəri ilə başlamışdır.

Qarşılıqlı səfər və görüşlərin xronoloji ardıcıllığı:

12-16 mart 2007-cı il          Fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərovun dəvəti ilə Belarus Respublikası fövqəladə hallar naziri Ənvər Bariyevin Azərbaycana rəsmi səfəri;

6-8 iyun 2007-cı il              Fövqəladə hallar nazirinin müavini, tibb xidməti general-leytenantı Faiq Tağı-zadənin rəhbərlik altında nümayəndə heyətinin Minsk şəhərində keçirilmiş “Fövqəladə hallar:xəbərdarlıq və ləğvetmə” IV Beynəlxalq elmi-praktiki konfransda iştirak etmək məqsədilə Belarus Respublikasına işgüzar səfəri;

17-19 yanvar 2008-ci il     Belarus Respublikası fövqəladə hallar naziri Ənvər Bariyevin dəvəti ilə fövqəladə hallar naziri Kəmaləddin Heydərovun rəhbərlik etdiyi nümayəndə heyətinin Belarus Respublikasına işgüzar səfəri;

19-20 yanvar 2009-cu il    Belarus Respublikası fövqəladə hallar naziri Ənvər Bariyevin dəvəti ilə fövqəladə hallar nazirinin müavini tibb xidməti general-leytenantı Faiq Tağı-zadənin rəhbərlik altında nümayəndə heyətinin  Belarus Respublikasına işgüzar səfəri;

27-28 iyul 2010-cu il          Belarus Respublikasının fövqəladə hallar nazirinin müavini Qennadiy Lasutanın rəhbərlik etdiyi nümayəndə Azərbaycan Respublikasəna işgüzar səfəri;

23 noyabr 2010-cu il          Belarus Respublikası fövqəladə hallar naziri Ənvər Bariyevin dəvəti ilə fövqəladə hallar naziri Kəmaləddin Heydərovun rəhbərlik etdiyi nümayəndə heyətinin Belarus Respublikasına işgüzar səfəri;

22-23 may 2011-ci il          Fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərovun dəvəti ilə Belarus Respublikası fövqəladə hallar naziri Vladimir Vaşenkonun rəhbərlik etdiyi nümayəndə heyətinin Azərbaycan Respublikasına işgüzar səfəri;

5 iyul 2011-ci il                   Fövqəladə hallar nazirinin müavini tibb xidməti general-leytenant Faiq Tağı-zadənin Belarus Respublikası FHN-nin Mühəndislik-Komanda İnstitutun kursant və müdavimlərin təntənəli buraxılış mərasimdə iştirak etmək məqsədilə Belarus Respublikasına işgüzar səfəri;

1 iyul 2012-ci il                   Fövqəladə hallar nazirinin birinci müavini general-leytenant Rəfail Mirzəyevin Azərbaycanda rəsmi səfərdə olan Belarus Respublikası fövqəladə hallar nazirinin birinci müavini Valentin Karpitskiy ilə görüşü;

12-13 mart 2013-cü il         Qəbələ şəhərində keçirilmiş “Mülki müdafiə və əhalinin fəlakət riskinin qarşısının alınmasına hazırlanması” adlı Beynəlxalq konfransında iştirak etmək məqsədilə Belarus Respublikası fövqəladə hallar naziri Vladimir Vaşenkonun rəhbərlik etdiyi nümayəndə heyətinin Azərbaycan Respublikasına işgüzar səfəri;

4-5 iyul 2013-cü il              Fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərovun rəhbərlik etdiyi nümayəndə heyətinin Belarus Respublikasına işgüzar səfəri. 

İmzalanmış sənədlər:

17 oktyabr 2006-cı il          “Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi və Belarus Respublikası Fövqəladə Hallar Nazirliyi arasında əməkdaşlıq haqqında Saziş”;

mart 2007-ci il                     ““Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi və Belarus Respublikası Fövqəladə Hallar Nazirliyi arasında əməkdaşlıq haqqında Saziş”in həyata keçirilməsi üzrə 2007-2010-cu illər üçün tədbirlərin Kompleks Planı”;

23 noyabr 2010-cu il         ““Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi və Belarus Respublikası Fövqəladə Hallar Nazirliyi arasında əməkdaşlıq haqqında Saziş”in həyata keçirilməsi üzrə 2011-2013-cü illər üçün tədbirlərin Kompleks Planı”;

5 iyul 2013-cü il                  ““Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi və Belarus Respublikası Fövqəladə Hallar Nazirliyi arasında əməkdaşlıq haqqında Saziş”in həyata keçirilməsi üzrə 2014-2016-ci illər üçün tədbirlərin Kompleks Planı”