Beynəlxalq əlaqələr

FHN və Bolqarıstan Respublikasının müvafiq qurumları arasındaki əməkdaşlıq barədə qısa məlumat

Geri
Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi və Bolqarıstan Respublikasının müvafiq qurumları arasında əməkdaşlıq 17-19 aprel 2007-ci il tarixdə fövqəladə hallar naziri Kəmaləddin Heydərovun başçılığı altında nazirliyin nümayəndə heyətinin Bolqarıstan Respublikası Baş nazirinin müavini, fəlakətlər və qəzalar zamanı dövlət siyasəti naziri xanım Emel Etemin dəvəti ilə həmin ölkədə rəsmi səfəri ilə başlamışdır.

Qarşılıqlı səfər və görüşlərin xronoloji ardıcıllığı:

26-27 aprel 2012-ci il         Azərbaycan Respublikasının fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov ilə Bolqarıstan Respublikasının Baş naziri Boyko Borisovun Azərbaycan  Respublikasına rəsmi səfəri çərçivəsində görüşü;

31 oktyabr 2012-ci il          Azərbaycan Respublikasının fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov və Bolqarıstan Respublikasının Azərbaycan Respublikasına yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri xanım Maya Xristova arasında görüş; 

5 noyabr 2012-ci il             Azərbaycan Respublikasının fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov və Bolqarıstan Respublikası Regionaların inkişafı və abadlıq naziri xanım Lilyana Pavlova Nikolova arasında görüş.

İmzalanmış sənədlər:

17 aprel 2007-ci il                “Əhalinin fəlakət və qəzalardan müdafiəsi sahəsində əməkdaşlıq haqqında Bəyannamə”;

27 aprel 2012-ci il                “Azərbaycan Respublikası Hökuməti və Bolqarıstan Respublikası Hökuməti arasında fövqəladə hallar sahəsində əməkdaşlıq haqqında Saziş”.