Beynəlxalq əlaqələr

FHN və Fransa Respublikasının müvafiq qurumları arasındaki əməkdaşlıq barədə qısa məlumat

Geri
Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi və Fransa Respublikasının müvafiq qurumları arasında əməkdaşlıq 3-6 oktyabr 2006-cı il tarixlərində fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərovun Fransa Respublikasının Daxili İşlər Ərazi Abadlaşdırma Nazirliyinin dəvəti bu ölkəyə rəsmi səfəri ilə başlamışdır.

Qarşılıqlı səfər və görüşlərin xronoloji ardıcıllığı:

12-14 iyun 2006-cı il          Fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərovun Fransa Respublikasına rəsmi səfəri;

7-12 avqust 2006-cı il        Fövqəladə hallar nazirinin müavini, general-leytenant Etibar Mirzəyevin Fransa Respublikasına rəsmi səfəri;

7-9 dekabr 2006-cı il          Azərbaycan Respublikasının fövqəladə hallar naziri Kəmaləddin Heydərovun dəvəti ilə Fransa Respublikasının daxili işlər nazirinin müavini və ərazi abadlaşdırma naziri Kristian Estrozinin Azərbaycan Respublikasına rəsmi səfəri;

3-6 may 2007-ci il               “Fransa Respublikası Hökuməti və Azərbaycan Respublikası Hökuməti arasında mülki müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlıq və yardım haqqında Saziş”in müddəalarından irəli gələn məsələləri həyata keçirmək məqsədi ilə fövqəladə hallar nazirinin müavini general-leytenant Etibar Mirzəyevin  Fransa Respublikasına rəsmi səfəri;

15 iyun 2010-cu il               Fövqəladə hallar nazirinin müavini tibb xidməti general-leytenantı Faiq Tağı-zadənin Azərbaycanda səfərdə olan Fransa Respublikasının “Spot İmage” şirkətinin cənub-şərqi Asiya  üzrə meneceri Daniel Sayaq ilə görüşü;

11 fevral 2011-ci il             Fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərovun Azərbaycanda səfərdə olan Fransa Respublikasının Ekologiya, davamlı inkişaf, nəqliyyat və yaşayış məsələləri üzrə Nazirliyinin nəqliyyat məsələləri üzrə Dövlət Katibi Tyeri Marian ilə görüşü;

22-24 iyun 2011-ci il          Fransa aeronavtika və kosmos sənayeləri qrupunun təşkilatçılığı ilə Paris yaxınlığında Burje sərgilər parkında keçirilən 49-cu Beynəlxalq aeronavtika və kosmos Salonunda iştirak etmək məqsədilə Fövqəladə hallar naziri Kəmaləddin Heydərovun Fransa Respublikasına səfəri;

11-14 iyun 2013-cü il         Fövqəladə hallar nazirinin müavini tibb xidməti general-leytenantı Faiq Tağı-zadənin Fransanın Lyon şəhərində keçirilən “Avropa Birliyi üçün – məhdud çərçivədə” adlı kimyəvi, biololi və roadioaktiv maddələrdən istifadə olunan terror aktlarının nəticələrinin aradan qaldırılması üzrə seminarda iştirak etmək məqsədi ilə rəsmi səfəri;

31 iyul 2014-cü il                Fövqəladə hallar nazirinin müavini Tapdıq Əmiraslanov, Fransanın Azərbaycan Respublikasındakı səfiri Paskal Mönyenin rəhbərlik etdiyi səfirliyin bir qrup nümayəndəsi və Fransanın CIFAL, Thales, Gemalto, Oberthur, Morpho (Safran), Imprimerie Nationale şirkətlərinin təmsilçiləri ilə görüşü;

11 sentyabr 2014-cü il       Fövqəladə hallar nazirinin müavinləri tibb xidməti general-leytenantı Faiq Tağı-zadə və Tapdıq Əmiraslanov ilə Fransa Respublikasının Azərbayacan Respublikasındakı Səfirliyinin iqtisadi məsələlər üzrə müşaviri Erve Sarneli, hərbi attaşesi polkovnik-leytenant Andre Evrar və əməkdaşı Eleonor Nantası arasında geniş tərkibli görüş keçirilmişdir. Görüşdə Fransa Respublikasının “CIFAL”, “IX-BLUE”, “Proengin”, “Bertin Technologies”, “Gie NBC”, “DCNS” kimi şirkətlərinin nümayəndələri ilə görüşü; 

İmzalanmış sənədlər:

29 sentyabr 2006-cı il        Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi və Fransa Respublikasının Azərbaycan Respublikasındakı Səfirliyi arasında Niyyət Protokolu;

3-6 oktyabr 2006-cı il        Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi və Fransa Respublikası Daxili İşlər və Ərazi Abadlaşdırma Nazirliyi arasında Niyyət Protokolu;

30 yanvar 2007-ci il           “Fransa Respublikası Hökuməti və Azərbaycan Respublikası Hökuməti arasında mülki müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlıq və yardım haqqında Saziş”;