Beynəlxalq əlaqələr

FHN və Gürcüstan arasındaki əməkdaşlıq barədə qısa məlumat

Geri
Qarşılıqlı səfər və görüşlərin xronoloji ardıcılığı:

3-4 fevral 2011-ci il - Fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərovun rəhbərlik etdiyi nümayəndə heyəti Gürcüstanda rəsmi səfərdə olmuşdur.

24-25 fevral 2011-ci il - Gürcüstanın  daxili işlər naziri cənab İvane Merabişvilinin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycan Respublikasında rəsmi səfərdə olmuşdur.

18 Mart 2011-ci il - Azərbaycan Respublikasının fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov Gürcüstanın Azərbaycan Respublikasına yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Teymuraz Şaraşenidzeni qəbul etmişdir.

24 - 28 sentyabr 2012-ci il  - NATO-nun Fəlakətlərə Cavabın Əlaqələndirilməsi üzrə Avro-Atlantik Mərkəzinin (EADRCC) və Gürcüstanın Daxili İşlər Nazirliyinin Fövqəladə Halların idarə olunması Departamentinin təşkilatçılığı altında “Gürcüstan 2012” adlı təlim keçirilmişdir. Təlimin keçirilmısində əsas məqsəd NATO-ya üzv və tərəfdaş ölkələr arasında fövqəladə hadisələr zamanı birgə və səmərəli fəaliyyətin təşkil olunmasıdır.

21 may 2013-cü il  - Azərbaycan Respublikasının fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov Gürcüstanın daxili işlər naziri İrakli Qaribaşvilinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşmüşdür.                        

1-2 avqust 2013-cü il -  Gürcüstan tərəfinin dəvətilə Azərbaycan Respublikasının fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərovun rəhbərlik etdiyi nazirliyin nümayəndə heyəti Gürcüstanda işgüzar  səfərdə olmuşdur.

28 Yanvar 2014-cü il - Azərbaycan Respublikasının fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov ölkəmizdə səfərdə olan Gürcüstanın daxili işlər nazirinin müavini Vaxtanq Qomelaurinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

İmzalanmış sənədlər:

1-2 avqust 2013-cü il “Azərbaycan Respublikası Hökuməti və Gürcüstan Hökuməti arasında fövqəladə halların nəticələrinin aradan qaldırılması, məhdudlaşdırılması və azaldılması sahəsində əməkdaşlıq haqqında Saziş” imzalanmışdir.