Beynəlxalq əlaqələr

FHN və İran İslam Respublikasının müvafiq qurumları arasındaki əməkdaşlıq barədə qısa məlumat

Geri
Qarşılıqlı səfər və görüşlərin xronoloji ardıcıllığı:

3 may 2010-cu il           FHN-də fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov ilə Azərbaycanda səfərdə olan İran İslam Respublikasının daxili işlər naziri Mustafa Məhəmməd Nəccar arasında görüş keçirilmişdir;

29 sentyabr 2010-cu il Fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov İran İslam Respublikasının birinci vitse-prezidentinin iqtisadi məsələlər üzrə müavini Əli Ağaməhəmmədinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul etmişdir;

8 noyabr 2012-ci il        Fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov İran İslam Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Möhsün Pak Ayini qəbul etmişdir;

1 mart 2013-ci il            Fövqəladə hallar naziri,  general-polkovnik Kəmaləddin Heydərov İran İslam Respublikasının Mazandaran fövqəladə halların idarəolunması qrupunun rəhbəri Hadi Xəncəri qəbul etmişdir;

2 mart 2013-ci il            Fövqəladə hallar nazirinin müavini, general- leytenant Etibar Mirzəyev Mazandaran vilayətinin fövqəladə halların idarəolunması qrupunun rəhbəri Hadi Xəncəri qəbul etmişdir;

17 dekabr 2013-cü il     Fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov  Tehranın ticarət, sənaye, mədən və kənd təsərrüfatı palatasının sədri Yəhya Ali-İshaqı qəbul etmişdir;

13 mart 2014-ci il          Fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov İran İslam Respublikasının Xarici İşlər Nazirinin müavini İbrahim Rəhimpuru qəbul etmişdir;

15-16 mart 2014-cü il   İran İslam Respublikasının Sənaye, mədən və ticarət naziri cənab Məhəmməd Riza Nemətzadənin dəvəti ilə Fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərovun rəhbərlik etdiyi nümayəndə heyəti İrana rəsmi səfər etmişdir.

Səfər çərçivəsində Kəmaləddin Heydərov İran İslam Respublikasının Prezidenti cənab Həsən Ruhani və bir sıra aidiyyəti qurum rəhbərləri ilə görüşmüşdür.

4-5 iyun 2014-cü il        İran İslam Respublikası daxili işlər nazirinin müavini və böhranların idarə olunması milli təşkilatının rəhbəri İsmayıl Nəccarın Qəbələ şəhərində keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatının “Fəlakət riskinin idarə olunması üzrə 7-ci Beynəlxalq Konfrans”ında iştirak etmək məqsədilə Azərbaycanda işgüzar səfərdə olmuşdur;

 

6 iyun 2014-cü il           Fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov İran İslam Respublikasının daxili işlər nazirinin müavini və böhranların idarə olunması milli təşkilatının rəhbəri İsmayıl Nəccarı qəbul etmişdir;

18-20 iyun 2014-cü il    Fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov İran İslam Respublikasının Sənaye, mədən və ticarət nazirinin birinci müavini cənab Müctəba Xosrov Tacı qəbul etmişdir;

9-12 sentyabr 2014-cü il        İran İslam Respublikasının Rəzəvi Xorasan əyalətinin valisi  cənab Əlirza Rəşidiyanın rəhbərlik etdiyi nümayəndə heyətinin Azərbaycanda rəsmi səfərdə olmuşdur;

30 sentyabr 2014-cü il Fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov İran İslam Respublikasının Gömrük İdarəsinin rəhbəri, iqtisadiyyat və maliyyə işləri üzrə nazir müavini Məsud Kərbasiyanı qəbul etmişdir;

12 noyabr 2014-cü        Fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov İran İslam Respublikasının xarici işlər nazirinin Asiya və Okeaniya ölkələri üzrə müavini İbrahim Rəhimpuru qəbul etmişdir;

18 noyabr 2014- cü il    FHN-də fövqəladə hallar nazirinin müavini Orucəli Hacıyev İran İslam Respublikasının sənaye, mədən və ticarət nazirinin müavini Cəfər Sərğeyni arasında görüş keçirilmişdir;

27 noyabr 2014-cü il     FHN-də fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov ilə İran İslam Respublikasının sənaye, mədən və ticarət naziri Məhəmməd Rza Nemətzadə arasında görüş keçirilmişdir;

2 dekabr 2014-cü il       FHN-də fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov ilə Azərbaycanda səfərdə olan İran İslam Respublikasının rabitə və informasiya texnologiyaları naziri Mahmud Vaezi arasında görüş keçirilmişdir;

28 yanvar 2015-ci il      FHN-də fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov ilə İran İslam Respublikasının iqtisadi məsələlər və maliyyə naziri Əli Tayebnianı arasında görüş keçiririlmişdir.

İmzalanmış sənədlər: 

9 aprel 2014-cü ildə       “Fövqəladə halların idarə edilməsi sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”

Humanitar yardım: 

6 aprel 2006-cı il           Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, İran İslam Respublikasında baş vermiş təbii fəlakət nəticəsində zərər çəkənlərə Fövqəladə Hallar üzrə Dövlət Komissiyasının vəsaiti  hesabına hər biri altı nəfərlik olmaqla 150 çadır, 800 ədəd yorğan, 4500 litrdən artıq içməli su, 5 tondan artıq olmaqla 10.800 ədəd müxtəlif çeşidli konservləşdirilmiş ərzaq məhsulları göndərmişdir.

13 avqust 2012-ci il      Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin tapşırığı ilə Fövqəladə Hallar Nazirliyi vasitəsilə İran İslam Respublikasında baş verən zəlzələdən zərərçəkənlərə  yardım məqsədilə 25 avtomobildən ibarət yardım karvanı göndərib. 3000 ədəd ədyal, 1000 ədəd yataq dəsti, 460 ədəd çadır, un, düyü, çay, qənd, yağ, makaron, meyvə şirələri, içməli su və digər zəruri ərzaq məhsullarından ibarət yardım karvanı 14 avqustda təbii fəlakət bölgəsinə çatdırılmışdır.