Beynəlxalq əlaqələr

FHN və İtaliya Respublikasının müvafiq qurumları arasındaki əməkdaşlıq barədə qısa məlumat

Geri
Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi və İtaliya  Respublikasının müvafiq qurumları arasında əməkdaşlıq 25-26 may 2011-ci il tarixlərində fövqəladə hallar naziri Kəmaləddin Heydərovun rəhbərlik etdiyi nümayəndə heyətinin İtaliya Respublikasının nazirlər şurası sədrliyinin mülki müdafiə departamentinin sədri Franko Qabriellenin dəvəti  ilə  həmin ölkəyə rəsmi səfəri ilə başlamışdır. 

Qarşılıqlı səfər və görüşlərin xronoloji ardıcıllığı:

7 oktyabr 2011-ci il Fövqəladə hallar nazirinin müavini, general-leytenant Ragim Lətifovun rəgbərlik etdiyi nümayəndə heyəti İtaliya Respublikasının Milan şəhərində keçirilmiş “Milan Yarmarka Meydanı” sərgisində iştirak etmək məqsədilə İtaliyaya səfər etmişdir. 

İmzalanmış sənədlər:

26 may 2011-ci il “Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi və İtaliya Respublikasının Nazirlər Şurası Sədrliyinin Mülki Müdafiə Departamenti arasında mülki müdafiə sahəsində əməkdaşlıq, fövqəladə hallar zamanı yardım və qarşılıqlı fəaliyyət haqqında Anlaşma Memorandumu”