Beynəlxalq əlaqələr

FHN və Litva Respublikası müvafiq qurumları arasındakı əməkdaşlıq barədə qısa məlumat

Geri
Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi və Litva Respublikasının müvafiq qurumları arasında əməkdaşlıq fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərovun dəvəti ilə 20-22 aprel 2011-ci il tarixlərində Litva Respublikasının daxili işlər naziri cənab Raymundas Palaytisin Azərbaycan Respublikasına rəsmi səfəri ilə başlamışdır.

Qarşılıqlı səfər və görüşlərin xronoloji ardıcıllığı:

5-9 sentyabr 2012-ci il            Fövqəladə hallar naziri, general-polkovnik  Kəmaləddin Heydərovun dəvəti ilə Litva Respublikasının daxili işlər naziri Arturas Melianas Azərbaycanda rəsmi səfərdə olmuşdur;

 29 mart 2013-cü il                 Fövqəladə hallar nazirinin müavini, general-leytenant Faiq Tağı-zadənin rəhbərlik etdiyi nümayəndə heyəti Litvayda səfərdə olmuşdur;

12-13 mart 2013-cü il                      Qəbələ şəhərində keçirilmiş “Mülki müdafiə və əhalinin fəlakət riskinin qarşısının alınmasına hazırlanması” Beynəlxalq Konfransında iştirak etmək məqsədilə Litva Respublikasının Daxili İşlər Nazirliyinin Yanğın və xilasetmə departamentinin Baş direktoru Remigiyus Baniulis və Daxili İşlər Nazirliyinin Yanğın və xilasetmə departamentinin Baş direktor müavini Vitas Kaziliunas Azərbaycanda səfərdə olmuşdur;

3 iyul 2013-cü il                               Fövqəladə hallar naziri, general-polkovnik  Kəmaləddin Heydərovun rəhbərlik etdiyi nümayəndə heyəti Litvayda səfərdə olmuşdur;

14-16 aprel 2014-cü il                     Fövqəladə hallar naziri, general-polkovnik  Kəmaləddin Heydərovun dəvəti ilə Litva Respublikasının daxili işlər naziri Dailis Alfonsas Barakauskas Azərbaycana səfər etmişdir;

İmzalanmış sənədlər:

7 sentyabr 2012-ci il               “Azərbaycan Respublikası Hökuməti və Litva Respublikası Hökuməti arasında fövqəladə halların qarşısının alınması və aradan qaldırılması sahəsində əməkdaşlıq və qarşılıqlı yardım haqqında Saziş”.