Beynəlxalq əlaqələr

FHN və Macarıstan Respublikasının müvafiq qurumları arasındakı əməkdaşlıq barədə qısa məlumat

Geri
Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi və Macarıstan Respublikasının müvafiq qurumları arasında əməkdaşlıq 10-12 noyabr 2011-ci il tarixlərində Macarıstan Respublikasının Prezidenti Pal Şmitin Azərbaycan Respublikasına rəsmi səfəri ilə başlamışdır. Səfər çərçivəsində fövqəladə hallar sahəsində saziş imzalanmışdır. 

Qarşılıqlı səfər və görüşlərin xronoloji ardıcıllığı:

3 iyun 2013-cü il            Fövqəladə hallar naziri, general-polkovnik  Kəmaləddin Heydərov  Macarıstan Respublikasının Azərbaycan Respublikasına yeni təyin edilmiş fövqəladə və səlahiyyətli səfiri cənab Jolt Çutoranı qəbul etmişdir; 

İmzalanmış sənədlər: 

11 noyabr  2011-ci il      “Azərbaycan Respublikası Hökuməti və Macarıstan Respublikası Hökuməti arasında fövqəladə hallar sahəsində əməkdaşlıq haqqında Saziş” .