Beynəlxalq əlaqələr

FHN və Mərakeş Krallığının müvafiq qurumları arasındakı əməkdaşlıq barədə qısa məlumat

Geri
Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi və Mərakeş Krallığının müvafiq qurumları arasında əməkdaşlıq 30-31 oktyabr 2006-cı il tarixlərində fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərovun rəhbərlik etdiyi nümayəndə heyətinin Mərakeşdə keçirilmiş Avropa Şurasının Avropa və Aralıq Dənizi üzrə Böyük Risklər Sazişi çərçivəsində Nazirlərin 11-ci toplantısında iştirak etmək məqsədilə bu ölkəyə işgüzar səfəri ilə başlamışdır. Toplantı çərçivəsində Mərakeş Krallığının ərazilərin inkişafı, su resursları və ətraf mühit naziri Məhəmməd Əl Yezgi ilə görüş keçirilmişdir.

Qarşılıqlı səfər və görüşlərin xronoloji ardıcıllığı:

18 mart 2013-cü il         FHN-də fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov ilə Mərakeş Krallığının daxili işlər naziri Mohand Laenseri arasında görüş keçirilmişdir;

12-14 iyun 2014-cü il    Fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərovun rəhbərlik etdiyi nümayəndə heyəti Mərakeş Krallığının daxili işlər naziri Məhəmməd Həssadın dəvəti ilə həmin ölkədə rəsmi səfərdə olmuşdur;

2 oktyabr 2014-cü il      Fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov ISESCO-nun baş direktoru Əbdüləziz bin Osman əl-Tüveycrini qəbul etmişdir; 

İmzalanmış sənədlər:

13 iyun 2014-cü il         “Azərbaycan Respublikası Hökuməti ilə Mərakeş Krallığı Hökuməti arasında fövqəladə halların idarə edilməsi sahəsində əməkdaşlıq haqqında Saziş”