Beynəlxalq əlaqələr

FHN və Misir Ərəb Respublikasının müvafiq qurumları arasındaki əməkdaşlıq barədə qısa məlumat

Geri
Qarşılıqlı səfər və görüşlərin xronoloji ardıcıllığı:

12-13 mart 2013-cü il         Beynəlxalq Mülki Müdafiə Təşkilatının təşəbbüsü və Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin təşkilatçılığı ilə Qəbələ şəhərində “Mülki müdafiə və əhalinin fəlakət riskinin qarşısının alınmasına hazırlanması” adlı Beynəlxalq Konfransda Misir Ərəb Respublikasının Mülki Müdafiə üzrə Baş Direktorluğu mayor Khaled Saleh Ahmed Salamın rəsmi səfəri;

19 avqust 2013-cü il           Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən Misirdə yaşayan Azərbaycan vətəndaşlarının təcili təxliyəsinin həyata keçirilməsi üçün Qahirəyə yola salınan Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinə məxsus təyyarə 48 nəfər Azərbaycan vətəndaşı təxliyə etmişdir.