Beynəlxalq əlaqələr

FHN və Niderland Krallığının müvafiq qurumları arasındaki əməkdaşlıq barədə qısa məlumat

Geri
Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi və Niderland Krallığının müvafiq qurumları arasında əməkdaşlıq 2010-cu ilin may ayında Bakı şəhərində keçirilmiş NATO-un Ali Mülki Fövqəladə Planlaşdırma Komitəsinin plenar iclasında Niderland Krallığının Daxili İşlər Nazirliyinin Milli Təhlükəsizlik Direktorluğunun rəhbəri cənab Henk Qeneken iştirak etmişdir və səfər zamanı Niderland Krallığı və Azərbaycan Respublikası arasında fövqəladə halların xəbərdar edilməsi və nəticələrinin aradan qaldırılması sahəsində əməkdaşlığın qurulması və inkişaf etdirilməsi məqsədilə keçirilmiş görüş ilə başlamışdır.

Qarşılıqlı səfər və görüşlərin xronoloji ardıcıllığı:

5 oktyabr 2010-cu il           Fövqəladə hallar nazirinin müavini tibb xidməti general-mayoru Faiq Tağı-zadənin Niderland Krallığının “Philips” şirkətinin Türkiyə və Qafqaz Regionu üzrə Baş icraçı direktoru Uillem Rozenburq arasında görüş;

15 oktyabr 2010-cu il         Fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov və Niderland Krallığının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Aryen Piter Uyterlinden arasında görüş; 

16-19 may 2011-ci il          Azərbaycan Respublikası Fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərovun başçılıq etdiyi nümayəndə heyəti tarixlərində Niderland Krallığına rəsmi səfər;

Fövqəladə Hallar Nazirliyi nümayəndə heyəti ilə Niderland Krallığının İnfrastruktur və Ətraf Mühit naziri xanım Melanie Schultz van Haegen-Maas Geesteranus arasında geniş tərkibli görüş;

Niderland Krallığının Damen tərsanəsinin direktoru Rene Berkvens ilə görüş;

5-8 mart 2012-ci il              Niderland Krallığının İnfrastruktur və Ətraf Mühit naziri xanım Melanie Schultz van Haegen-Maas Geesteranusun rəhbərlik etdiyi nümayəndə heyətinin Fövqəladə Hallar Nazirliyinin dəvəti ilə Azərbaycan Respublikasına səfəri; 

10-11 aprel 2012-ci il         Bakı şəhərində Niderland Krallığının Van Oord Şirkəti İdarə Heyətinin növbəti illik yığıncağı keçirilmişdir və Şirkətin Baş icraçı direktoru Pieter Van Oord başda olmaqla idarə heyətinin üzvləri Şirkət tərəfindən icra olunan layihələrə baxış keçirmək məqsədilə Azərbaycan Respublikasına səfəri;

Fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov və Van Oord Şirkətinin Baş icraçı direktoru Pieter Van Oord arasında görüş;

20-27 may 2012-ci il          Niderland Krallığının Damen Shipyards Şirkətlər Qrupunun baş icraçı direktoru Kommer Damen və onun rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycan Respublikasına səfəri; 

12-14 sentyabr 2012-ci il  Niderland Krallığının Baş nazirinin müavini Maksim Verhagenin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycan Respublikasına səfəri;

13 sentyabr 2012-ci il        Fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov və Niderland Krallığının Baş nazirinin müavini Maksim Verhagenin arasında görüş; 

21 noyabr 2013-cü il          Fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov və Rotterdam şəhərinin meri cənab Əhməd Abutalib arasında görüş;

25 aprel 2014-cü il              Fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov və Niderland Parlamentinin sabiq spikeri, həmin İnstitutunun idarə heyətinin sədri cənab Rene van der Lindenin başçılıq etdiyi nümayəndə heyəti arasında geniş tərkibli görüş;

5-7 noyabr 2014-cü il         Niderland Krallığının İnfrastruktur və Ətraf Mühit naziri xanım Melani Şultz Van Haeqenin-Maas Geesteranusun rəhbərlik etdiyi nümayəndə heyətinin Azərbaycan Respublikasında səfəri;

22-23 aprel 2015-ci il         Azərbaycan Respublikası Fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərovun başçılıq etdiyi nümayəndə heyətinin Niderland Krallığına rəsmi səfəri;

Fövqəladə Hallar Nazirliyi nümayəndə heyəti ilə Niderland Krallığının İnfrastruktur və Ətraf Mühit naziri xanım Melanie Schultz van Haegen-Maas Geesteranus arasında geniş tərkibli görüş;

İmzalanmış sənədlər: 

6 noyabr 2014-cü il            "Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi və Niderland Krallığının İnfrastruktur və Ətraf Mühit Nazirliyi arasında su ehtiyatlarının idarə olunması sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu"