Beynəlxalq əlaqələr

FHN və Norveç Krallığının müvafiq qurumları arasındaki əməkdaşlıq barədə qısa məlumat

Geri
Qarşılıqlı səfər və görüşlərin xronoloji ardıcıllığı:

16 noyabr 2012-ci il           Fövqəladə hallar naziri cənab Kəmaləddin Heydərov və Norveç Krallığının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri cənab Erling Şnsberqi və «Statoil» şirkətinin Azərbaycan üzrə direktoru Lars Sörensen arasında görüş;

29 oktyabr, 2013-cü il        “Norveç günləri” çərçivəsində Fövqəladə Hallar Nazirliyi və Norveç Krallığının Azərbaycan Respublikasındakı Səfirliyinin təşkilatçılığı ilə “Tullantıların azaldılması, neft dağılmalarının qarşısının alınması və cavabvermə - təmizləyici texnologiyalar” mövzusunda seminar keçirilmişdir.

Seminarda Fövqəladə Hallar Nazirliyinin müvafiq qurumlarının əməkdaşları ilə yanaşı, Azərbaycan Republikasının Dövlət Neft Şirkəti, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Energetika Nazirliyi, Dövlət Dəniz Administrasiyası, “bp”, “Statoil” və “Total” şirkətlərinin nümayəndələri də iştirak etmişlər.

28-29 yanvar 2014-cü il    Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi və “Statoil-Azərbaycan” şirkətinin təşkilatçılığı ilə “Neft dağılmalarına qarşı cavab tədbirləri” mövzusunda seminar keçirilmişdir.

Seminarda Fövqəladə Hallar Nazirliyinin müvafiq qurumlarının əməkdaşları ilə yanaşı Nazirlər Kabineti, Milli Məclis, Azərbaycan Republikasının Dövlət Neft Şirkəti, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Energetika Nazirliyi, Dövlət Dəniz Administrasiyası, Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyi, Norveç səfirliyi “BP”, “Statoil” və “OSPRİ” şirkətlərinin nümayəndələri də iştirak etmişlər.

24-27 avqust, 2014 Norveç Krallığının Stavanger şəhərində Şimal Dənizçilik Fondunun (ONS) və Norveç Neft və Qaz Partnyorlarının birliyi olan İNTSOK şirkətinin təşkilatçılığı ilə ONS2014 adlı tədbirdə Fövqəladə Hallar Naziriyinin Xəzər Hövzə Qəza-xilasetmə Xidmətinin əməkdaşları iştirak etmişdirlər.

Səfər çərçivəsində İNTSOK şirkətinin 13-cü Beynəlxalq Neft və Qaz biznes günləri çərçivəsində keçirilən Azərbaycan sessiyasında Fövqəladə Hallar Nazirliyinin adından “Azərbaycanda Neft dağılmalarının aradan qaldırılması” mövzusunda prezentasiya ilə çıxış edilmişdir.