Beynəlxalq əlaqələr

FHN və Özbəkistanın müvafiq qurumları arasındakı əməkdaşlıq barədə qısa məlumat

Geri
Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi və Özbəkistanın müvafiq qurumları arasında əməkdaşlıq 12-13 mart 2013-cü il tarixlərində Qəbələ şəhərində “Mülki müdafiə və əhalinin fəlakət riskinin qarşısının alınmasına hazırlanması” adlı Beynəlxalq Konfransda Özbəkistan Fövqəladə Hallar Naziri Tursinxan Xudaybergenovun başçılıq etdiyi nümayəndə heyəti iştirak edilməsi ilə başlamışdır.

Qarşılıqlı səfər və görüşlərin xronoloji ardıcıllığı:

19  may 2015-ci il Fövqəladə hallar naziri, general-polkovnik  Kəmaləddin Heydərovun Özbəkistan Respublikasına rəsmi səfəri;

İmzalanmış sənədlər:

19  may 2015-ci il “Azərbaycan Respublikası Höküməti ilə Özbəkistan Respublikası Höküməti arasında fövqəladə halların xəbərdar edilməsi və aradan qaldırılması sahəsində əməkdaşlıq haqqında Saziş”