Beynəlxalq əlaqələr

FHN və Pakistan İslam Respublikasının müvafiq qurumları arasındaki əməkdaşlıq barədə qısa məlumat

Geri
Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi və Pakistan İslam Respublikasının müvafiq qurumları arasında əməkdaşlıq 2 avqust 2010-cu il tarixində Pakistanda baş vermiş daşqınlar zamanı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığı ilə bu ölkəyə Fövqəladə Hallar Nazirliyinin gıstərdiyi humanitar yardımla başlamışdır.

Qarşılıqlı səfər və görüşlərin xronoloji ardıcıllığı:

11 yanvar 2012-ci il           Fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərovun Pakistan İslam Respublikasının Bakıdakı fövqəladə və səlahiyyətli səfiri cənab İnayatullah Kakarı ilə görüşü;

29 fevral 2012-cı il             Fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərovun Azərbaycanda səfərdə olan Pakistan İslam Respublikasının Birləşmiş Qərargah Rəisləri komitəsinin sədri general Xalid Şamim Vaynın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşü;

26 sentyabr 2013-cü il       Fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərovun Pakistan İslam Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli  səfiri cənab İkramullah Mehsudu ilə görüşü;

21 aprel 2015-ci il               Fövqəladə hallar nazirinin müavini tibb xidməti general-leytenantı Faiq Tağı-zadənin Azərbaycanda səfərdə olan Pakistan İslam Respublikasının Milli Müdafiə Universitetinin rəhbər heyəti və Milli Təhlükəsizlik və Müharibə kursunun dinləyiciləri ilə görüşü;

Humanitar yardım:

2 avqust 2010-cu il             Pakistanda baş vermiş daşqınlar zamanı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığı ilə bu ölkəyə Fövqəladə Hallar Nazirliyinin müvafiq avadanlıqlardan ibarət yardım vasitələri, ümumi dəyəri 221 min manat təşkil edən 43 ton yardım yola salınıb: Yardım əsasən qida məhsulları, dərman, yataq ləvazimatları, işıqlandırma üçün generatorlar, açılıb-yığılan çarpayılardan ibarətdir.