Beynəlxalq əlaqələr

FHN və Qazaxıstan Respublikasının müvafiq qurumları arasındakı əməkdaşlıq barədə qısa məlumat

Geri
Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi və Qazaxıstan Respublikasının müvafiq qurumları arasında əməkdaşlıq Fövqəladə Hallar Naziri, general-polkovnik Kəmaləddin Heydərovun dəvəti ilə Qazaxıstan Respublikasının fövqəladə hallar naziri cənab Vladimir Karpoviç Bojko 26-27 avqust 2009-cu il tarixlərində Azərbaycan Respublikasına rəsmi səfəri ilə başlamışdır.

Qarşılıqlı səfər və görüşlərin xronoloji ardıcıllığı:

5-6 oktyabr 2010-cu il            Fövqəladə hallar naziri, general-polkovnik  Kəmaləddin Heydərovun Qazaxıstan Respublikasına rəsmi səfəri;

12-13 mart 2013-cü il             Qəbələ şəhərində keçirilmiş “Mülki müdafiə və əhalinin fəlakət riskinin qarşısının alınmasına hazırlanması” Beynəlxalq Konfransında Qazaxıstan Respublikasının fövqəladə hallar naziri cənab Vladimir Bojkonun iştirakı;

14 mart 2013-cü il                  Fövqəladə hallar naziri, general-polkovnik  Kəmaləddin Heydərovun Qazaxıstan Respublikasının fövqəladə hallar naziri cənab Vladimir Bojko ilə görüşü;

24 avqust 2013-cü il             Fövqəladə hallar naziri, general-polkovnik  Kəmaləddin Heydərovun Qazaxıstan Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Jumabayev Amangəldi ilə görüş;

4-5 iyun 2014-cü il               Qəbələ şəhərində keçirilmiş “İqtisadi Əməkdaşlıq Təşkilatının Fəlakət riskinin idarə olunması üzrə 7-ci Beynəlxalq Konfransı”nda Qazaxıstan Respublikasının fövqəladə hallar naziri cənab Vladimir Bojkonun iştirakı;

İmzalanmış sənədlər:

5-6 oktyabr 2010-cu il             “Azərbaycan Respublikası Hökuməti və Qazaxıstan Respublikası Hökuməti arasında mülki müdafiə, fövqəladə halların qarşısının alınması və aradan qaldırılması sahəsində əməkdaşlıq haqqında Saziş”

29 sentyabr 2014-cü il            “Xəzər dənizində fövqəladə halların qarşısının alınması və aradan qaldırılması sahəsində əməkdaşlıq haqqında Saziş”