Beynəlxalq əlaqələr

FHN və Qətər Dövləti arasındaki əməkdaşlıq barədə qısa məlumat

Geri
Qarşılıqlı səfər və görüşlərin xronoloji ardıcılığı:

6-7 dekabr 2007-ci il - fövqəladə hallar naziri Kəmaləddin Heydərovun rəhbərliyi altında Nazirliyin nümayəndə heyəti Qətər Dövlətində rəsmi səfərdə olmuşdur.

3-4 noyabr 2009-cu il  - Qətər Dövlətinin daxili işlər üzrə dövlət naziri cənab Abdulla bin Nasir bin Xəlifə Əl-Səninin dəvəti ilə axtarış-xilasetmə və yanğınsöndürmə sahəsində keçirilən “Qətər ikinci mülki müdafiə sərgi-konfransı”nda iştirak etmək məqsədilə Fövqəladə hallar naziri cənab Kəmaləddin Heydərovun rəhbərlik etdiyi nümayəndə heyəti həmin ölkədə işgüzar səfərdə olmuşdur.

29-30 may 2012-ci il -  Fövqəladə hallar naziri cənab Kəmaləddin Heydərovun rəhbərlik etdiyi nümayəndə heyəti Qətər Dövlətinin Daxili İşlər üzrə Dövlət naziri Şeyx Abdullah bin Naser bin Xəlifə Əl-Taninin dəvəti ilə Qətər dövlətində rəsmi səfərdə olmuşdur.

12-13 mart 2013-cü il -  Beynəlxalq Mülki Müdafiə Təşkilatının təşəbbüsü və Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin təşkilatçılığı ilə Qəbələ şəhərində “Mülki müdafiə və əhalinin fəlakət riskinin qarşısının alınmasına hazırlanması” Beynəlxalq Konfransında Qətər Krallığının Mülki Müdafiə üzrə Baş Direktoru Abdulla Mohd Alsovaidini, Xarici İşlər Nazirliyinin Beynəlxalq hüquq üzrə məsləhətçi Boudjellal Bettaharı, Mülki Müdafiə üzrə 1-ci əməliyyat zabiti Mubarak Abdulla Al-Mohannadi, Mülki Müdafiə üzrə 2-ci Yanğın qarşısının alınması departamentinin zabiti Meşal Mohd Al-Motavaa iştirak etmişdirlər

11 noyabr 2013-cü il -  Azərbaycan Respublikasının fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərovun rəhbərlik etdiyi nazirliyin nümayəndə heyəti Qətər Dövlətində işgüzar səfərdə olmuşdur. Səfərin həyata keçirilməsində məqsəd Qətər Dövlətinin Daxili İşlər Nazirliyi tərəfindən təşkil edilmiş IV Mülki Müdafiə sərgi və konfransında iştirak olmuşdur. 

2014-cü il noyabr Azərbaycan Respublikasının fövqəladə hallar naziri Kəmaləddin Heydərov və daxili işlər naziri Ramil Usubovun başçılıq etdiyi Fövqəladə Hallar və Daxili İşlər nazirliklərinin nümayəndə heyəti Qətər Dövlətinin Baş naziri, daxili işlər naziri cənab Şeyx Abdullah bin Nasir bin Xəlifə Əl Taninin dəvəti ilə Qətər Dövlətinin əmiri əlahəzrət Şeyx Təmim bin Həməd Əl Taninin himayəsi altında Doha şəhərində keçirilən Qətər Dövlətinin Daxili İşlər Nazirliyinin 10-cu Təhlükəsizlik və Sabitlik Sərgisində (“Milipol Qətər – 2014”) iştirak etmək məqsədilə həmin ölkədə səfərdədir.

İmzalanmış sənədlər:

2014-cü il  noyabr -  “Azərbaycan Respublikası Hökuməti və Qətər Dövləti Hökuməti arasında fövqəladə halların idarə edilməsi sahəsində əməkdaşlıq haqqında Saziş” imzalanmışdır.