Beynəlxalq əlaqələr

FHN və Qırğız Respublikasının müvafiq qurumları arasında əməkdaşlıq barədə qısa məlumat

Geri
Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi və Qırğız Respublikası Fövqəladə Hallar Nazirliyi arasında əməkdaşlıq 1 iyul 2011-ci il  tarixində fövqəladə hallar nazirinin müavini general-leytenantı Ragim Lətifovun Qırğız Respublikası Fövqəladə Hallar Nazirliyinin 20 illiyinə həsr olunmuş təntənəli mərasimdə iştirak etmək üçün Qırğız Respublikasına işgüzar səfəri ilə başlamışdır.

Qarşılıqlı səfər və görüşlərin xronoloji ardıcıllığı:

12-13 mart 2012-cı il    Qəbələ şəhərində keçirilmiş “Mülki müdafiə və əhalinin fəlakət riskinin qarşısının alınmasına hazırlanması” adlı Beynəlxalq konfransında iştirak etmək məqsədilə Qırğız Respublikası fövqəladə hallar naziri Kubatbek Boronovun Azərbaycan Respublikasına işgüzar səfəri;

1 iyul 2013-cü il            Fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərovun rəhbərlik etdiyi nümayəndə heyətinin Qırğız  Respublikasına rəsmi səfəri çərçivəsində Qırğız Respublikasının Baş naziri cənab Jantoro Satılbaldiyev və Qırğız Respublikası FHN-nin nümayəndə heyəti ilə görüşləri;

15-16 yanvar 2014-cü il         Fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərovun dəvəti ilə Qırğız Respublikası fövqəladə hallar naziri Kubatbek Boronovun rəhbərlik etdiyi nümayəndə heyətinin Azərbaycan Respublikasına işgüzar səfəri;

4-5 iyun 2014-cü il        İqtisadi Əməkdaşlıq Təşkilatının təşəbbüsü və Fövqəladə Hallar Nazirliyinin təşkilatçılığı ilə Qəbələ şəhərində keçirilmiş “İƏT-in fəlakət riskinin idarə olunması üzrə 7-ci Beynəlxalq Konfrans”da Qırğız Respublikası fövqəladə hallar naziri Kubatbek Boronovun rəhbərlik etdiyi nümayəndə heyətinin  Azərbaycan Respublikasına işgüzar səfəri;

8-11 sentyabr 2014-cü il        Fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərovun Azərbaycan Respublikasında rəsmi səfərdə olan Qırğız Respublikası Baş nazirinin birinci müavini cənab Tayırbek Şarpaşev ilə görüşü.

İmzalanmış sənədlər:

30 mart 2012-ci il          “Azərbaycan Respublikası Hökuməti və Qırğız Respublikası Hökuməti arasında mükli müdafiə (mühafizə), fövqəladə halların xəbərdar edilməsi və aradan qaldırılması sahəsində əməkdaşlıq haqqında Saziş”;

14 mart 2013-cü il         “Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi və Qırğız Respublikası Fövqəladə Hallar Nazirliyi arasında 2013-2016-ci illər üçün Perspektiv Əməkdaşlıq Planı”.

Humanitar yardım:

Azərbaycan Respublikası Hökumətinin tapşırığına əsasən Fövqəladə Hallar Nazirliyi tərəfindən Qırğız Respublikası Fövqəladə Hallar Nazirliyinə texniki yardım çərçivəsində 5 ədəd AÇ-40(130)63B markalı yanğınsöndürən maşın verilibdir.