Beynəlxalq əlaqələr

FHN və Rusiya Federasiyasının müvafiq qurumları arasında əməkdaşlıq barədə qısa məlumat

Geri
Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi və Rusiya Federasiyası Mülki Müdafiə, Fövqəladə Hallar və Təbii Fəlakətlərin Nəticələrinin aradan qaldırılması üzrə Nazirliyi və onun tabeçiliyində olan qurumları arasında əməkdaşlıq 27-28 mart 2006-ci il tarixlərində fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərovun rəhbərlik etdiyi nümayəndə heyətinin Rusiya Federasiyasına rəsmi səfəri ilə başlamışdır.

Qarşılıqlı səfər və görüşlərin xronoloji ardıcıllığı:

8-9 iyun 2006-cı il              Fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərovun dəvəti ilə Rusiya Federasiyası Mülki Müdafiə, Fövqəladə Hallar və Təbii Fəlakətlərin Nəticələrinin aradan qaldırılması üzrə naziri Serqey Şoyqunun rəhbərlik altında nümayəndə heyətinin Azərbaycana rəsmi səfəri;

20-24 iyun 2006-cı il          Fövqəladə hallar nazirinin müavini, tibb xidməti general-leytenantı Faiq Tağı-zadənin rəhbərlik etdiyi nümayəndə heyətinin Sankt-Peterburq şəhərində keçirilmiş xilasetmə texnikasının nümayişinə həsr olunmuş sərgidə iştirak etmək və əməkdaşlıq üzrə Kompleks fəaliyyət planının müddəalarını həyata keçirmək məqsədilə Rusiya Federasiyasına səfəri;

22-24 yanvar 2007-ci il     Fövqəladə hallar nazirinin müavini, tibb xidməti general-leytenantı Faiq Tağı-zadənin rəhbərlik etdiyi nümayəndə heyətinin Rusiya Federasiyasına səfəri ;

27 dekabr 2010-cu il          Rusiya Federasiyası Mülki Müdafiə, Fövqəladə Hallar və Təbii Fəlakətlərin Nəticələrinin Aradan Qaldırılması üzrə naziri Serqey Şoyqunun dəvəti ilə fövqəladə hallar nazirin general-polkovnik Kəmaləddin Heydərovun rəhbərlik etdiyi nümayəndə heyətinin Rusiya FHN-nin yaradılmasının 20 illiyi münasibətilə keçirilən tədbirlərdə iştirak etmək məqsədilə Rusiya Federasiyasına səfəri;

26-27 dekabr 2012-ci il     Fövqəladə hallar nazirin general-polkovnik Kəmaləddin Heydərovun rəhbərlik etdiyi nümayəndə heyətinin Rusiya Federasiyasına səfəri;

12-13 mart 2013-cü il         Qəbələ şəhərində keçirilmiş “Mülki müdafiə və əhalinin fəlakət riskinin qarşısının alınmasına hazırlanması” adlı Beynəlxalq konfransında iştirak etmək məqsədilə Rusiya Federasiyası Mülki Müdafiə, Fövqəladə Hallar və Təbii Fəlakətlərin Nəticələrinin Aradan Qaldırılması üzrə nazirinin müavini Sergey Şlyakovun rəhbərlik etdiyi nümayəndə heyətinin Azərbaycan Respublikasına səfəri.

İmzalanmış sənədlər:

27 mart 2006-cı il               “Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi və  Rusiya Federasiyası Mülki Müdafiə, Fövqəladə Hallar və Təbii Fəlakətlərin Nəticələrinin aradan qaldırılması üzrə Nazirliyi arasında əməkdaşlığın fəallaşdırılması haqqında Protokol”;

9 iyun 2006-ci il                  ““Azərbaycan Respublikası Hökuməti və Rusiya Federasiyası Hökuməti arasında fövqəladə halların xəbərdar edilməsi və qarşısının alınması sahəsində əməkdaşlıq haqqında Saziş”in həyata keçirilməsi üzrə 2006-2008-ci illər üçün tədbirlərin Kompleks Planı”;

28 noyabr 2008-ci il          “Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi və  Rusiya Federasiyası Mülki Müdafiə, Fövqəladə Hallar və Təbii Fəlakətlərin Nəticələrinin aradan qaldırılması üzrə Nazirliyi arasında 2009-2011-ci illər üçün Kompleks Tədbirlərin Planı”;

20 oktyabr 2011-ci il  “Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Akademiyası və Rusiya Federasiyası Mülki Müdafiə, Fövqəladə Hallar və Təbii Fəlakətlərin Nəticələrinin Aradan Qaldırılması Nazirliyinin Mülki Müdafiə Akademiyası arasında elmi və təhsil fəaliyyəti sahəsində birgə əməkdaşlığa dair Saziş”

22 iyun 2012-ci il                “Rusiya Federasiyası Mülki Müdafiə, Fövqəladə Hallar və Təbii Fəlakətlərin Nəticələrinin Aradan Qaldırılması Nazirliyinin Dövlət Yanğındam Mühafizə Xidmətinin Sankt-Peterburq Universiteti və Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Akademiyası arasında təhsil sahəsində əməkdaşlıq və əlaqələrin inkişafı haqqında Saziş”

13 avqust 2013-cü il       “Azərbaycan Respublikası Hökuməti və Rusiya Federasiyası Hökuməti arasında aviasiya axtarışı və xilasetmə sahəsində əməkdaşlıq haqqında Saziş”

13 avqust 2013-cü il        “Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi və Rusiya Federasiyasının Mülkü Müdafiə, Fövqəladə Hallar və Təbii Fəlakətlərin Nəticələrinin Aradan Qaldırılması Nazirliyi arasında 2013-2015-ci illər üzrə Kompleks Əməkdaşlıq Planı”

Humanitar yardım:

Rusiya Federasiyasında meşə yanğınlarının söndürülməsində köməklik göstərilməsi məqsədilə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin 2 ədəd "Mi-17-1V" və "Ka-32A" tipli helikopteri 2010-cu ilin avqust ayının 5-də Rusiyanın Ryazan şəhərinə göndərilmişdir.

Rusiya Federasiyası Hökümətinin 26 iyul 2010-cu il tarixli 1239-p nömrəli sərəncamı əsasında  Azərbaycan Respublikası FHN-nə fövqəladə halların qarşısının alınması və aradan qaldırılması sahəsində kadrların hazırlanması məqsədilə və Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi və Rusiya Federasiyasının Mülki müdafiə, fövqəladə hallar və təbii fəlakətlərin nəticələrinin aradan qaldırılması üzrə Nazirliyi arasında 2009-2011-ci illər üçün Kompleks Əməkdaşlıq Planına uyğun olaraq Azərbaycan FHN Akademiyasının formalaşdırılmasına dəstək çərçivəsində Akademiya üçün tədris-metodiki ədəbiyyat, kursantların avtomobil hazırlığı üçün müxtəlif nəqliyyat vasitələrinin trenajorları, laboratoriyaları, müasir yanğın və qəza-xilasetmə trenajor kompleksi, materialşünaslıq sinfi üçün avadanlıq və cihazlar, dağ-səhra şəraitində qəza-xilasetmə hazırlığı üçün və digər avadanlıglar göndərilmişdir.

Rusiya Federasiyasının Krasnodar diyarında sel təbii fəlakətindən zərər çəkmiş insanlar üçün  2012-ci il iyulun 8-də Azərbaycan Prezidenti İlham Əliyevin göstərişinə əsasən, 90 nəfərlik şəxsi heyətdən, 44 avtomobildən, 20 maşın içməli su, 1 maşın qadın və uşaqlar üçün geyim dəstləri, eyni zamanda 1 maşın  uşaqlar üçün gigiyenik vasitələrdən ibarət humanitar yardım karvanı Fövqəladə Hallar Nazirliyi tərəfindən Rusiya Federasiyasının Krasnodar diyarına göndərilmişdir.