Beynəlxalq əlaqələr

FHN və Səudiyyə Ərəbistanının müvafiq qurumları arasındaki əməkdaşlıq barədə qısa məlumat

Geri
Qarşılıqlı səfər və görüşlərin xronoloji ardıcıllığı:

4 may 2010-cu il Fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərovun rıhbərlik etdiyi nümayəndə heyəti Səudiyyə Ərəbistanı Krallığının Vəliəhdi, Baş nazirin müavini, müdafiə və aviasiya naziri, baş müfəttiş əlahəzrət Sultan bin Əbdüləziz Al Səudun dəvəti ilə Səudiyyə Ərəbistanında səfərdə olmuşdur;

26 sentyabr 2013-cü il Fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov Səudiyyə Ərəbistanı Krallığının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri cənab Musaid bin İbrahim Əl-Suleymini qəbul etmişdir;