Beynəlxalq əlaqələr

FHN və Tacikistan Respublikasının müvafiq qurumları arasındakı əməkdaşlıq barədə qısa məlumat

Geri
Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi və Tacikistan Respublikasının müvafiq qurumları arasında əməkdaşlıq 12-13 mart 2013-cü il tarixlərində Qəbələ şəhərində keçirilmiş “Mülki müdafiə və əhalinin fəlakət riskinin qarşısının alınmasına hazırlanması” adlı Beynəlxalq Konfransda Tacikistan Fövqəladə Hallar və Mülki Müdafiə komitəsinin sədri Khayridin Abdurakhimov və Fövqəladə Hallar və Mülki Müdafiə komitəsinin Beynəlxalq Ələqələr idarəsinin rəisi Jamşed Kurbonbekov iştirakı ilə başlamışdır.

Qarşılıqlı səfər və görüşlərin xronoloji ardıcıllığı:

14 mart 2013-cü il Fövqəladə hallar naziri, general-polkovnik  Kəmaləddin Heydərovun Tacikistan Respublikasının Fövqəladə Hallar və Mülki Müdafiə komitəsinin sədri Khayridin Abdurakhimov ilə görüş;

2 iyul 2013-cü il Fövqəladə hallar naziri, general-polkovnik  Kəmaləddin Heydərovun Tacikistan Respublikasında səfəri. Fövqəladə hallar naziri, general-polkovnik  Kəmaləddin Heydərov Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmon tərəfindən qəbulu;

4-5 iyun 2014-cü il Qəbələ şəhərində keçirilmiş “İqtisadi Əməkdaşlıq Təşkilatının Fəlakət riskinin idarə olunması üzrə 7-ci Beynəlxalq Konfransı”nda Tacikistan Respublikasının fövqəladə hallar və mülki müdafiə komit əsinin sədri Khayridin Abdurakhimovun iştirakı; 

İmzalanmış sənədlər:

16 oktyabr 2014-cu il “Azərbaycan Respublikası Hökuməti ilə Tacikistan Respublikası Hökuməti arasında mülki müdafiə, fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahəsində əməkdaşlıq haqqında Saziş”