Beynəlxalq əlaqələr

FHN və Türkiyənin müvafiq qurumları arasındaki əməkdaşlıq barədə qısa məlumat

Geri
Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi və Türkiyənin müvafiq qurumları arasında əməkdaşlıq 7-10 mart 2006-cı il tarixlərində fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərovun Türkiyə Respublikası Baş nazirinin müavini, dövlət naziri Mehmet Əli Şahinin dəvəti ilə bu ölkəyə rəsmi səfəri ilə başlamışdır.

Qarşılıqlı səfər və görüşlərin xronoloji ardıcıllığı:

7-10 mart 2006-cı il      Fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərovun rəhbərlik etdiyi nümayəndə heyəti Türkiyədə işgüzar səfərdə olmuşdur;

7-9 avqust 2006-cı il     Fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərovun dəvəti ilə Türkiyə Respublikası Baş nazirinin müavini, dövlət naziri Mehmet Əli Şahin Azərbaycanda rəsmi səfərdə olmuşdur;

21-23 may 2007-ci il     Fövqəladə hallar nazirinin birinci müavini, general-leytenant Rəfail Mirzəyevin rəhbərlik etdiyi nümayəndə heyəti Ankara şəhərində təşkil olunmuş “7-ci Beynəlxalq Müdafiə Sənayesi Sərgisi”ndə iştirak etmək məqsədilə Türkiyədə işgüzar səfərdə olmuşdur;

4-5 dekabr 2007-ci il     Fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərovun rəhbərlik etdiyi nümayəndə heyəti “II Türkiyə-Avrasiya Xarici Ticarət Körpüsü Proqramı” adlı tədbirdə iştirak etmək məqsədilə Türkiyədə işgüzar səfərdə olmuşdur;

11 aprel 2008-ci il         FHN-də fövqəladə hallar naziri, general-polkovnk Kəmaləddin Heydərov ilə Türkiyə Respublikası Baş nazirinin müavini, dövlət naziri Cəmil Çiçək arasında görüş keçirilmişdir;

12–13 iyun 2008-ci il    Fövqəladə hallar naziri, general-polkovnk Kəmaləddin Heydərovun dəvəti ilə Türkiyə Respublikasının inşaat və .şəhərqurma naziri Faruk Nafiz Özak Azərbaycada səfərdə olmuşdur;

7-8 dekabr 2009-cu il    Fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərovun rəhbərlik etdiyi nümayəndə heyəti “İstanbul Beynəlxalq Seysmik Riskin Azaldılması Konfansı”nda iştirak etmək məqsədilə Türkiyədə işgüzar səfərdə olmuşdur;

12 may 2011-ci il          Fövqəladə hallar naziri cənab, general-polkovnik Kəmaləddin Heydərovun rəhbərlik etdiyi nümayəndə heyəti “10-cu Beynəlxalq Müdafiə Sənayesi Sərgisi”ndə iştirak etmək məqsədilə Türkiyədə işgüzar səfərdə olmuşdur;

23 fevral 2012-ci il        FHN-də fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov ilə Azərbaycanda rəsmi səfərdə olan Türkiyə Respublikasının daxili işlər naziri İdris Naim Şahin arasında görüş keçirilmişdir;

8 noyabr 2012-ci il        Fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov Türkiyə Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Alper Coşkunu qəbul etmişdir;

27 noyabr 2013-cü il     Fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov Türkiyə Respublikasının Azərbaycana yeni təyin olunmuş hərbi attaşesi Nevzat Taşdeleri qəbul etmişdir;

26 may 2014-cü il         FHN-də fövqəladə  hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov ilə Azərbaycanda səfərdə olan Türkiyə Respublikasının daxili işlər naziri Efkan Ala arasında görüş keçirilmişdir;

4-5 iyun 2014-cü il        Türkiyə Respublikasının Baş nazirinin müavini Bəşir Atalay və Baş Nazirlik yanında fəlakət və fövqəladə halların idarəedilməsi başqanlığının direktoru Fuat Oktay Qəbələ şəhərində keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatının “Fəlakət riskinin idarə olunması üzrə 7-ci Beynəlxalq Konfrans”ında iştirak etmək məqsədilə Azərbaycandəa işgüzar səfərdə olmuşdur;

11 noyabr 2014-cü il     Fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov Azərbaycanda səfərdə olan Türkiyə Respublikası milli müdafiə nazirinin müavini Hasan Kemal Yardımcının rəhbərlik etdiyi nümayəndə heyətini qəbul etmişdir;

6-7 yanvar 2015-ci il     Fövqəladə hallar nazirinin müavini, general-leytenant  Etibar Mirzəyevin rəhbərlik etdiyi nümayəndə heyəti Türkiyədə səfərdə olmuşdur;

30 aprel 2015-ci il         Fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov Azərbaycanda səfərdə olan Türkiyə Respublikasının Milli Müdafiə Nazirliyi və Silahlı Qüvvələrinin nümayəndə heyətini qəbul etmişdir;

4-5 may 2015-ci il         Fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərovun rəhbərlik etdiyi nümayənə heyəti “12-ci Beynəlxalq Müdafiə Sənayesi Sərgisi”ndə iştirak etmək məqsədilə Türkiyəyə işgüzar səfərdə olmuşdur;

18 may 2015-ci il          Fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov Türkiyə Respublikasının hərbi akademiyalar komandanı, ordu generalı Abdullah Recepin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul etmişdir;

İmzalanmış sənədlər:

7 avqust 2006-cı il        “Azərbaycan Respublikası Hökuməti və Türkiyə Respublikası Hökuməti arasında fövqəladə halların idarə edilməsi sahəsində əməkdaşlıq haqqında Saziş”;

11 sentyabr 2012-ci il   “Azərbaycan Respublikası Hökuməti və Türkiyə Respublikası Hökuməti arasında axtarış və xilasetmə xidmətlərinin əlaqələndirilməsi haqqında Saziş”;

Humanitar yardım:

23 oktyabr 2011-ci il     Türkiyənin Van şəhərində baş vermiş zəlzələ ilə əlaqədar olaraq Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığı ilə bu ölkəyə FHN-nin xilasediciləri, xidmət personalı, xüsusi təlim keçmiş itləri və müvafiq avadanlıqlardan ibarət yardım vasitələri dərhal hadisə yerinə göndərilmişdir.