Beynəlxalq əlaqələr

FHN və Türkmənistan Respublikasının müvafiq qurumları arasındakı əməkdaşlıq barədə qısa məlumat

Geri
Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi və Türkmənistan Respublikasının müvafiq qurumları arasında əməkdaşlıq Fövqəladə Hallar Naziri, general-polkovnik Kəmaləddin Heydərovun dəvəti ilə İqtisadi Əməkdaşlıq Təşkilatının fəlakət riskinin idarə olunması üzrə VII Beynəlxalq konfransda iştirak etmək üçün ölkəmizdə səfərdə olan Türkmənistan Müdafiə Nazirliyinin Fövqəladə Hallar və Xilasetmə İdarəsinin rəisi Pena Ylyasovu qəbulu ilə başlamışdır.

İmzalanmış sənədlər:

29 sentyabr 2014-cü il “Xəzər dənizində fövqəladə halların qarşısının alınması və aradan qaldırılması sahəsində əməkdaşlıq haqqında Saziş”