İlkin yardım

Ürəyin qapalı masajının aparılması ardıcıllığı

Geri

Zərərçəkmişi arxası üstə hamar, bərk və düz səth üzərinə uzandırın. Yan tərəfinə keçin, dizləri üzərinə oturun. Zərərçəkmişin ayaqları tərəfdə olan əlinizin orta və şəhadət barmaqlarını köndələn şəkildə döş sümüyünün ucuna yerləşdirin.






Digər əlinizin ovuc hissəsinin əsasını döş sümüyünün üzərinə (döş sümüyünün
təxminən orta üçdə biri) şəhadət barmağınızın yanına qoyun.







Döş sümüyünün üzərindəki əlinizin üzərinə digər əlinizin yerləşdirin. Hər iki əlin barmaqlarını bir-birinə keçirin Barmaqlar döş sümüyünə toxunmamalıdır. 





Qolları dirsəklərdən bükmədən düz (döş  sümüyə perpendikulyar), çiyinlərinizi isə  döş sümüyünə paralel tutaraq döş sümüyünə şaquli istiqamətdə təkanvari təzyiq edin və onun ən azı 5 sm sıxılmasına nail olun. Əlinizi döş sümüyündən çəkmədən 30 dəfə masaj hərəkətini təkrar edin (tezlik-dəqiqədə 100 ürək masajından az olmamaq şərtilə).




• ürəyin qapalı masajını apararkan əlləri döş sümüyünün üzərindən götürmək olmaz;

• hər masaj hərəkətindən sonra təzyiq etməni dayandırın və döş qəfəsinin əvvəlki vəziyyətinə qayıtmasına imkan verin;

• təzyiqlər arasında fasilələrin mümkün qədər qısa olmasına çalışın;

• ürəyin qapalı masajı və süni nəfəsverməni 30:2 (30 masaj, 2 süni nəfəs) nisbətində араrın (1 dövr);

• masaj hərəkətlərini bərkdən sayın;

• əgər yardım edən ikinci bir şəxs varsa, hər 5 dövrdən bir və ya 2 dəqiqədən bir onunla yerinizi dəyişin. Buna 5 saniyədən artıq vaxt sərf etməyin.



1 yaşdan böyük uşaqlarda ürəyin qapalı masajı bir əllə aparılır.(iki əllə də həyata keçirmək olar. Döş sümüyünün sıxılması təqribən 5 sm-dir(tezlik – dəqiqədə 100 ürək masajı olmaq şərtilə).



Körpələrdə (0-1 yaş) ürəyin qapalı masajını  aparmaq üçün 2 barmağınızı döş sümüyünün mərkəzinə (məmə başlarını birləşdirən xəyali xətdən bir barmaq aşağı) qoyun, döş sümüyünə tez-tez və ritmik qaydada təzyiq edin. Hər dəfə  də sümüyünün 4 sm sıxılmasına nail olun (tezlik- dəqiqədə 100 ürək masaji olmaq şərtilə).


Əgər yardım iki  şəxs tərəfindən aparılırsa, ürəyin qapalı masajı "2 baş barmaq" üsulu ilə həyata keçirilir. Birinci şəxs  2 baş barmağını bir-birinə toxundurub döş sümüyünün mərkəzinə qoyur. Digər barmaqları  ilə döş qəfəsini yanlardan və arxadan əhatə edir. Hər iki baş barmaqla döş sümüyünə 15 dəfə təzyiq edir. İkinci şəxs tənəffüs yolunu açaraq 2 dəfə süni nəfəs verir. 15:2 (15 masaj və 2 süni nəfəs) nisbətində ürək-ağciyər reanimasiyası davam etdirilir.