İlkin yardım

Süni tənəffüsün verilməsi

Geri

Barmağınızı dairəvi hərəkət etdirməklə zərərçəkmişin ağız boşluğunu qan, selik, qırılmış dişlər və digər yad cisimlərdən təmizləyin.





Bir əlinizi zərərçəkmişın alnına, digər əlinizin iki barmağını çənəsinin altına, çənə sümüyünə qoyun. Eyni vaxtda başı arxaya əymək və çənəni yuxarı  və önə qaldırmaqla  tənəffüs yolunu açın. 




Zərərçəkmişin alnında olan əlinizin baş və şəhadət barmağı ilə onun burnunu sıxın, digər əllə çənəsini tutun.




Dərindən nəfəs alaraq ağzınızı zərərçəkmişin ağzına kip sıxın.1saniyə müddətində, döş qəfəsi qalxanadək havanı onun ağzına üfürün. Eyni zamanda döş qəfəsini qalxmasını izləyin.





Ağzınızı  çəkin və döş qəfəsinin tam enməsindən sonra ikinci dəfə süni nəfəs (1 saniyə müddətində) verin.



1 yaşa qədər körpələrdə ağzınızı körpənin  ağzı və burnunun ətrafına kip sıxın. Havanı körpənin ağzına və burnuna üfürün.


Süni nəfəsvermə zamanı əgər döş qəfəsi qalxmırsa, tənəffüs yolunun
açılması üsulunu (şək.2) təkrarlayın.