İlkin yardım

Qanaxmalar

Geri
Boyunun aşağı  hissəsində yuxu arteriyasının qanaxması zamanı ilk yardım


Dərhal yaranı barmağınızla sıxın (yara üzərinə dəsmal və ya hər hansı parça qoyaraq üzərindən barmaqla sixmaq olar).       



Zərərçəkmişin yaxalığının üzərindən yaranı dəsmal və ya parça ilə sıxın. 




Sıxılmış yerə bint topası və ya bir neçə dəfə qatlanmış qalın parça qoyun.





Qankəsən jqutu və ya əlaltı vasitəni parçanın üzərinə qoyub zərərçəkmişin boynundan və qarşı tərəfdəki qolunun altından keçirib düyünləyin. “Təcili yardım” çağırın və ya zərərçəkmişi təcili olaraq tibb müəssisəsinə çatdırın. 




Boyunun yuxarı  hissəsində yuxu arteriyasının qanaxması zamanı ilk yardım

 
Dərhal yaranı barmağınızla sıxın (yara üzərinə dəsmal və ya hər hansı parça qoyaraq üzərindən barmaqla sixmaq olar).

 

Sıxılmış yerə ya bint topası və ya bir neçə dəfə qatlanmış qalın parça qoyun.

 


Zərərçəkmişin qarşı tərəfdəki qolunu qaldırıb başı üzərinə tutun.

 


Parçanın üzərindən jqut və ya əlaltı vasitəni qarşı tərəfdəki qaldırılmış qolun üzərindən keçirib düyünləyin.



Bud arteriyasının qanaxması zamanı ilk yardım
 

Yadda saxlayın: bud arteriyasının qanaxmasının 2 dəqiqədən artıq davam etməsi zərərçəkmişin ölümünə səbəb olur.

Qasıq büküşündən bir qədər aşağıda budun içəri tərəfındə bud arteriyasını yumruğunuzla sıxın. 




Arteriyan sıxmaqda davam edərək yaradan bir qədər yuxarı bint topası və ya bir neçə dəfə qatlanmış qalın parça (hər hansı cisim) qoyun.



Parçanın  üzərindən jqut və ya əlaltı vasitəni bud sümüyünə sarıyın (qalstuk, кəmər, bir neçə dəfə qatlanmış uzunsov parça). Topuq üzərində nəbzi yoxlayın va ya qanaxmanın dayandığına əmin olduqdan sonra əlalti vasitəni düyünləyin.



Əlaltı vasitənin altına onun qoyulduğu vaxtın yazıldığı (saat, dəqiqə) kağızı yerləşdirin. 





Yuxarı ətrafın (bazu, said, bilək) kəskin qanaxmaları zamanı ilk yardım





Yadda saxlayın! Zərərçəkmişin qısa müddətdə çoxlu miqdarda qan itirməsi onun həyatı üçün təhlükəlidir! əsas yardım qanaxmanın tez və düzgün qaydada dayandırılmasından ibarətdir.





Vaxt itirmədən dərhal yara yerindən yuxarı zərərçəkmişin paltarının üzərindən damarı hər hansı əlaltı vasitə ilə sıxın. Bu zaman yaradan aşagıda nəbz hiss olunmamalıdır. 



Yara üzərinə sarğı qoyun. Əlaltı vasitənin altına onun qoyulduğu vaxt yazılmış kağız yerləşdirin.

 


Qolu ürək səviyyəsində yuxarı tutun.





“Təcili yardım” çağırın və ya zərərçəkmişin təcili olaraq tibb müəssisəsinə təxliyəsinə yardım edin. 

 


Нər 30-40 dəqiqədən bir əlaltı vasitəni 20-30 saniyə müddətində açmaq (ondan aşağıda olan dərinin rəngi normallaşana qədər) və sonra yenidən əvvəlki yerindən bir qədər yuxarı və ya aşağıdan bağlamaq lazımdır. Kağız üzərində yazılmiş vaxtı dəyişmək olmaz.


Burun qanaxması zamanı ilk yardım
 


Zərərçəkmişin başını bir az önə əyin,qanın bir qədər axmasına nail olun.




Burun dəliklərindən bir az yuxarıdan burnu 5-10 dəqiqə sıxın. Bu zaman zərərçəkmişin agzı ilə tənəffüs etməlidir. Burun əsası və ənsə nahiyəsinə soyuq kompres (isladılmış dəsmal, qar, buz) qoyun.
Əgər qanaxma dayanmazsa, “Təcili yardım” çağırın və ya zərərçəkmişi tibb müəssisəsinə çatdırın.




Başın yumşaq toxumalarının yaralanması zamanı ilk yardım
 

Yadda saxlayın: Başın yaralanmaları zamanı yara yerindən havanın keçməsi zərərçəkmişin həyatı üçün təhlükəlidir!

Vaxt itirmədən yara yerinə bint topası və ya bir neçə  dəfə qatlanmış qalın parça qoyun. Parça qanla tam islanmış olsa belə, onu уаranın üzərindən götürmək olmaz (islanmış parça yara yerindan havanın  keçməsinin qarşısını alacaq). Həmin раrçanın  üzərinə  başqa bir parça və ya bint qoyun. 


Papaq ya ləçək taxmaqla və ya bintlə sarımaqla yara üzərinə qoyulmuş parçanı (bint topasını) hərəkətsizləşdirin.




“Təcili yardım” çağırın və ya zərərçəkmişin təcili olaraq tibb müəssisəsinə təxliyəsinə yardım edin.