Fövqəladə hallarla bağlı davranış qaydaları

Məişətdə yanğın

Geri

Məişətdə yanğın baş verdikdə təhlükəsizliyi təmin etmək üçün aşağıdakı qaydalara əməl edin:

- “112” qaynar xəttinə məlumat verin;

- odsöndürücü balon və ya əl altında olan digər vasitələrlə  (su, qum, palaz, keçə və s.) yanğını söndürməyə çalışın;

- yanğının şiddətlənməməsi üçün qapı və pəncərələri bağlayın;

- mümkündürsə, elektrik və qaz cihazlarını söndürün;

- ağız və burnunuzu nəm dəsmal, şərf, paltar və s. ilə tutaraq tüstüdən qorunun; 

- yan otaqdakı tüstüdən qorunmaq üçün qapı ətrafındakı boşluqları nəm əski ilə tutun;


- döşəməyə yaxın ərazidə tüstü daha az olduğundan əyilərək və ya sürünərək hərəkət edin;

- yanğın gücləndikdə sənəd və digər vacib əşyaları götürüb dərhal bayıra çıxın;

- uşaqlara, ahıl və köməyə ehtiyacı olanlara mənzili tərk etməkdə kömək edin;

- mənzili tərk etmək mümkün deyilsə, eyvanda və ya pəncərənin yanında dayanaraq yanğınsöndürənləri gözləyin;

- xilas olmaq üçün yuxarı mərtəbədən aşağı tullanmayın;

- liftdən istifadə etməyin;

- qonşuları xəbərdar edin.