Fövqəladə hallarla bağlı davranış qaydaları

Elektrik təsərrüfatında yanğın təhlükəsizliyi qaydaları

Geri

Elektrik təsərrüfatında yanğın təhlükəsizliyinin təmin edilməsi üçün aşağıdakı qaydalara əməl edin:

- elektrik təchizatı sistemi və elektrik cihazlarının sazlığını müntəzəm olaraq yoxlayın və nəzarətsiz qoymayın;

- elektrik cihazı və qurğularının təmiri və qurulmasını, eləcə də elektrik şəbəkəsindəki nasazlıqların aradan qaldırılmasını yalnız mütəxəssisə həvalə edin;

- izolyasiyası zədələnmiş və ya sıradan çıxmış naqil və kabellərdən istifadə etməyin;

- elektrik naqili telefon və radio naqillərinə, radio və televiziya antenasına, ağac budaqları, dam örtüyü və digər yad əşyalara toxunmamalıdır;

- elektrik naqilini rəngləmək, qaz və su kəməri borularına sarımaq, mismar və başqa metal əşyadan asmaq, üstünə xalça sərmək, üzərinə divar kağızı yapışdırmaq  və digər məqsədlər üçün istifadə etmək olmaz;

- qısaqapanmanın qarşısını almaq üçün avtomatik açardan istifadə edin;

- eyni vaxtda çox sayda elektrik cihazını elektrik şəbəkəsinə qoşmayın;

- bir rozetkaya eyni vaxtda bir neçə elektrik cihazını qoşmayın;

- elektrik cihazlarını istismar qaydalarına uyğun istifadə edin;

- nasaz və qeyri-standart elektrik cihazından istifadə etməyin;

- elektrik xətti və cihazlarını nəmişlik və sudan qoruyun;

- elektrik cihazını rozetkaya taxarkən çəngəlini kip oturdun;


- elektrik cihazını şəbəkədən ayırarkən çəngəldən tutun;


- elektrik qızdırıcı cihazlarını yanar materiallardan (pərdə, mebel və s.) uzaq yerləşdirin, onların üzərinə yanar əşyalar qoymayın;

- elektrik qızdırıcı cihazını yanmayan altlıq üzərinə qoyun;

- evdən çıxarkən elektrik qızdırıcı cihazını şəbəkədən ayırın;

- elektrik şəbəkəsində yanğın baş verdikdə şəbəkə elektrik şitindən söndürülməyibsə, yanğını su və digər elektrik keçirici vasitələrlə söndürmək olmaz.