Fövqəladə hallarla bağlı davranış qaydaları

Məişətdə qazdan təhlükəsiz istifadə qaydaları

Geri

Məişətdə qaz cihazı və sobalarından geniş istifadə edilir. Buna görə də yanğın, partlayış və qazdan zəhərlənmə kimi hadisələrin baş verməməsi üçün təhlükəsizlik qaydalarına əməl edin:

- qeyri-standart qaz cihazından istifadə etməyin;

- qaz cihazını daim saz vəziyyətdə saxlayın;

- qaz cihazının təhlükəsizlik hissə və elementlərini çıxarmayın;

- qazın nəqli üçün yalnız mütəxəssislərin tövsiyə etdiyi və standarta uyğun olan borulardan istifadə edin;

- qaz cihazının təmiri və yoxlanılmasını, tüstü bacasının təmizlənməsini yalnız mütəxəssisə həvalə edin;

- qaz cihazı olan otaqda nəfəsliyi açıq saxlayın;

- işlək qaz cihazını nəzarətsiz qoymayın. Onun üstündəki çaydan və qazanda suyun səviyyəsini elə saxlayın ki, qaynayanda daşıb tökülməsin. Bu, alovun sönməsinə və qaz sızmasına səbəb ola bilər;


- qaz plitəsi üzərində dəsmal və paltar qurutmayın;

- evi isitmək məqsədilə mətbəxdəki qaz plitəsindən istifadə etməyin;

- qaz cihazını işlək vəziyyətdə qoyub yatmayın;

- qaz sobasını həddən artıq qızdırmayın;

- işləyən qaz cihazını uşağa, yaşlı və ya xəstə adama etibar etməyin;

- evdən çıxdıqda qaz cihazını mütləq söndürün və qaz borusu üzərindəki kranı bağlayın;

- mənzilə girdikdə yalnız qaz sızmadığına tam əmin olduqdan sonra işıq və elektrik cihazını yandıra, açıq alovdan istifadə edə bilərsiniz. Qaz sızmasından şübhələndikdə isə dərhal qapı-pəncərələri açın, evə qazın girişini bağlayın və mütəxəssis çağırın.