Fövqəladə hallarla bağlı davranış qaydaları

Metroda yanğın

Geri
Metroda qatarda yanğın baş veribsə:

- vaqonda tüstü və ya alov gördüyünüz halda dərhal danışıq qurğusu ilə maşinisti xəbərdar edin və “112” qaynar xəttinə məlumat verin;

- mümkündürsə, ilkin odsöndürücü vasitələr və ya hər hansı qalın parça materialı, su və s. ilə yanğını söndürməyə çalışın;

- küləyin alovu gücləndirməməsi üçün pəncərələri bağlayın;

- stop-kran vasitəsi ilə qatarı saxlamaq olmaz! Bununla hərəkət edən qatarın növbəti stansiyaya tez çatmasına və sərnişinlərin təxliyyəsinə mane olarsınız;

- təşviş və çaxnaşma yaratmadan qatarın gedişi istiqamətində hərəkət edərək yanan vaqondan digərinə keçin;

- ağız və burnunuzu parça materialı ilə (dəsmal, şərf, paltar və s.) tutaraq tüstüdən qorunun; 

- qatar tuneldə dayanıbsa, maşinistin göstərişi olmadan vaqonu tərk edib tunelə çıxmayın; 

- vaqonu tərk etdikdən sonra relslərə toxunmadan onların  arası ilə bir-birinizin ardınca qatarın gedişi istiqamətində hərəkət edin;

- təxliyyə zamanı uşaqlara, ahıllara və köməyə ehtiyacı olan digər insanlara yardım edin.