Fövqəladə hallarla bağlı davranış qaydaları

Su nəqliyyatında yanğın

Geri
Su nəqliyyatında yanğın baş veribsə:

- əvvəlcədən nəqliyyat vasitəsinin təxliyyə planı ilə tanış olun və xilasedici jiletlərin yerini dəqiq öyrənin;

- yanğın gördükdə dərhal gəmi kapitanı, yaxud ekipaj üzvlərini xəbərdar edin və “112” qaynar xəttinə məlumat verin;

- mümkündürsə, yanğını ilkin odsöndürücü vasitələr və ya hər hansı qalın parça materialı, su və s. ilə söndürməyə çalışın;

- kapitanın göstərişi ilə xilasedici jileti geyinin və əvvəlcədən polietilen paketə bükülmüş ən vacib əşyalarınızı (sənəd, pul və s.) götürüb təşviş və çaxnaşma yaratmadan cəld göyərtəyə çıxın;

- əgər kayutun çıxışı tüstü və ya alovla kəsilibsə, qapını möhkəm bağlayın. İllüminatorun şüşəsini qıraraq oradan çıxmağa çalışın;

- ağız və burnunuzu parça materialı ilə (dəsmal, şərf, paltar və s.) tutaraq tüstüdən qorunun;

- gəmini kapitanın göstərişi ilə tərk edin. Xilasedici vasitələrə mindikdə ekipaj üzvlərinin göstərişlərinə əməl edin;

- təxliyyə zamanı uşaqlara, ahıllara və köməyə ehtiyacı olan digər insanlara yardım edin.