Fövqəladə hallarla bağlı davranış qaydaları

Yeni il bayramı ilə əlaqədar yanğın təhlükəsizliyi

Geri
Yeni il Bayramı ilə əlaqədar yanğın təhlükəsizliyi qaydalarına riayət etmək vacibdir:

- evlərdə və şənlik məkanlarında bəzədilən küknar ağacı yerə möhkəm bərkidilməli, budaqları tavana və divarlara toxunmamalıdır;

- küknar ağacını işıqlandırarkən yalnız standarta uyğun və saz vəziyyətdə olan elektrik qurğu və cihazlarından istifadə edilməlidir;

- ağacın oyuncaqları tezalışan olmamalı, pambığı isə odadavamlı məhlula hopdurulmalıdır;

- küknar ağacı olan otaqda atəşfəşanlıq edilməməlidir!

 

Həmçinin, bayram şənliklərində bunlar nəzərə alınmalıdır:

- şənliklər ikinci mərtəbədən yuxarıda olmayan otaqda keçirilməlidir;

- otağın divarları, arakəsmələri, tavan və döşəməsi oda davamlı olmalıdır;

- məkanın iki çıxış qapısı olmalıdır;

- ehtiyat qapı üzərində “Çıxış” sözü yazılmış yaşıl işıqlı elektrik lövhə olmalıdır;

- otağın qapıları mütləq bayıra açılmalıdır;

- dəmir barmaqlıqlı pəncərəsi olan otaqda yeni il şənliyi keçirilməməlidir;

- şənlikdə məkan üçün nəzərdə tutulan saydan artıq insan olmamalıdır;

- şənlik zamanı işıq tam söndürülməməlidir;

- şənliyə pambıq, tənzif, kağız və bu cür tezalışan materialdan paltar geyinilməməlidir;

- şənlik məkanı ilkin yanğınsöndürmə vasitələri ilə təmin olunmalıdır.