Fövqəladə hallarla bağlı davranış qaydaları

Odsöndürücü balondan istifadə qaydaları

Geri
- odsöndürücü balonun üzərində olan yarlıqdakı məlumatla tanış olmaqla həmin balonun hansı yanğınlarda istifadə edildiyini öyrənin;

- qazla işləyən balondan bütün növ yanğınların söndürülməsində istifadə edilir;

- tozla işləyən balondan elektrik təsərrüfatında baş verən yanğınların söndürülməsində istifadə edilir;

- köpüklü balondan bərk maddə və tezalışan mayelərin yanması zamanı istifadə edilir;

- balonun üstündəki manometrin göstəricisi yaşıldırsa, balon istifadəyə yararlıdır;

- istifadə zamanı balondan  xarakterik səs eşidilir;

- odsöndürücü balondan istifadə etmək üçün:

     - onun üstündəki plastik möhürü qırın;

     - balonun dəstəyinin arasındakı dəmir kilidi çıxarın;

     - təhlükəsiz məsafədə duraraq balonun lüləsini birbaşa alova yönəldin;

     - dəstəyi yavaş-yavaş sıxın;

     - lüləni yuxari-aşağı,  sağa-sola hərəkət etdirərək, alovu tam söndürün.