Fövqəladə hallarla bağlı davranış qaydaları

Çimərlikdə təhlükəsizlik qaydaları

Geri

Çimərlikdə qadağandır:


- Çimmək üçün nəzərdə tutulmamış ərazilərdə çimmək!

- Çimmə zonasının işarələnmiş sərhədlərindən kənara üzmək!

- Küləkli havada dənizə girmək!

- Sərxoş halda çimərliyə gəlmək və ya burada spirtli içki qəbul etmək!

- Çimərlikdə gecələmək, fırtınanın yaxınlaşması xəbərdarlığından sonra çimərlik ərazisində qalmaq!

- Suda kobud hərəkətlər etmək!

- Çimərliyi məişət və digər tullantılarla zibilləmək!

-  Çimərliyə ev heyvanlarını gətirmək!  

-  Çimərlikdə balıq tutmaq!

- Çimərlikdə müxtəlif növ gəmi, qayıq, sal, körpü, xəbərdarlıq nişanları, üzgəclər və digər texniki qurğulara üzüb yanaşmaq və üzərinə çıxmaq!

- Çimərlik ərazisinə xilasetmə texnikası istisna olmaqla digər qayıq və kiçik gəmilərin daxil olması! 


Yadda saxlayın!

- Uşaqlar yalnız böyüklərin müşayiəti ilə çimərlikdən istifadə etməlidir! 

- Uşaqlar çimərlikdə nəzarətsiz qoyulmamalıdır!

- Uşaqlar çimərlikdə yalnız onlar üçün ayrılmış yerlərdə çimməlidir!

- Xilasedicilərin çağırış və tələblərinə sözsüz əməl edilməlidir! 

-  Xəbərdaredici nişanların və lövhələrin tələblərinə əməl olunmalıdır!

- Günün qızmar saatlarında günəş altında fasiləsiz dayanmaq təhlükəlidir!

- Hava qaraldıqdan sonra suya daxil olmaq təhlükəlidir!

Çimərliklərdə istirahət saat 900-dan 2000-dək daha təhlükəsizdir!

Unutmayın: Qaydalara biganəlik – həyatımıza təhlükədir!

Təhlükə zamanı 112-yə zəng edin!