Fövqəladə hallarla bağlı davranış qaydaları

Yolların buz bağlaması

Geri

Yolların buz bağlaması – torpağın üstündə, yollarda, səkilərdə ərimiş qarın, yağmış yağış sularının, şehin donması ilə əmələ gələn buz qatıdır. Yolların buz bağlaması, adətən, şaxtalı havada müşahidə edilir. Donmuş buz qatının qalınlığı bir neçə santimetrə çata bilər.

Yolların buz bağlaması zamanı necə hərəkət etməli:

- hava proqnozunda yolların buz bağlayacağı haqqında məlumatı izləyin;

- ayaqqabını sürüşməyə qarşı hazırlayın – ayaqqabının dabanına metal basma, quru altlığa isə yapışqan plastır, yaxud izolyasiya lenti yapışdırın. Altlığı qum və ya sumbata kağızı ilə sürtün;

- ehtiyatla, tələsmədən, ayaqqabını yerə bütövlükdə basaraq hərəkət edin. Bu zaman ayaqlar azca zəiflədilmiş, əllər boş olmalıdır;

- yaşlı insanların rezin ucluqlu əsadan, yaxud ucları batıcı olan xüsusi çubuqdan istifadə etməsi tövsiyə olunur;

- sürüşsəniz zərbənin gücünü azaltmaq ücün oturun;

- yıxılanda özünüzü toparlayın,qollarınızı büküb diyirlənərək zədə almaqdan qorunun;

- sürüşərək zədə almısınızsa, təcili tibbi yardıma müraciət edin.