Fövqəladə hallarla bağlı davranış qaydaları

Quraqlıq (Anomal istilər)

Geri
Quraqlıq –  yağıntının normadan çox aşağı, havanın temperaturunun xeyli yuxarı və  rütubətin xeyli aşağı olması ilə müşayiət edilir.     

Anomal istilər – bir neçə gün ərzində havanın orta müsbət temperaturunun 10 dərəcə və daha yüksək olması ilə xarakterizə edilir.

Quraqlığa (Anomal istiyə) necə hazırlaşmalı

- böyük həcmdə su ehtiyatı tədarük edin və ondan qənaətlə istifadə edin;

- içində müəyyən qədər ərzaq və su, tibb çantası, vacib sənədlər, pul, fənər və isti paltar olan ehtiyat çantasını həmişə əl altında saxlayın;

- havanın temperaturuna uyğun açıq rəngli, yüngül, xüsusilə pambıq parçadan olan geyimlər hazırlayın;

- elektrik cihazlarının (ventilyator, kondisioner, soyuducu və s.) sazlığını  müntəzəm yoxlayın;

- istidən qorunmaq üçün pəncərə qapaqları, jalüz, qalın materialdan pərdə və ya yaş parça hazırlayın;

Quraqlıq (Anomal istilər) zamanı nə etməli

- zərurət olmadan açıq havada çox qalmayın;

- açıq rəngli, yüngül, xüsusilə pambıq parçadan olan geyimlərdən istifadə edin;

- tələsmədən hərəkət edin, daha çox kölgə və ya sərin yerdə qalmağa çalışın;

- alkoqollu içkilərdən istifadə etməyin;

- sərin duş qəbul edin, tələsmədən çox miqdarda su için;

- unutmayın ki, quraqlıq zamanı yanğın ehtimalı artır.