Fövqəladə hallarla bağlı davranış qaydaları

Fövqəladə hallara hazırlıq çantası (ehtiyat çantası)

Geri
Hazırlıq çantası – fövqəladə hadisələr zamanı istifadə edilməsi üçün hazırlanan və içərisində zəruri ehtiyac vasitələri olan ehtiyat çantasıdır. Ehtiyat çantası hər zaman hazır vəziyyətdə əl altında olmalıdır.    

 

Hazırlıq çantasına olan tələblər:

Çantanın həcmi təxminən 30 litr, parçası - möhkəm, işıqqaytaran zolaqlı, sukeçirməyən və yüngül, qayışları isə boyunuza uyğun, daşımaya rahat olmalıdır.

Hazırlıq çantasında nə olmalıdır:   

- quru qida məhsulları və su (minimum 3 günlük qidalanma üçün yüngül, yer az

tutan məhsullar);

- tibbi yardım qutusu;

- pul və sənədlər;

- zəruri geyim əşyaları;

- çoxfunksiyali bıçaq;

- kibrit və ya alışqan;

- şam;

- iynə və sap;

- birdəfəlik istifadə üçun qab-qacaq;

- fit (yardım çağırmaq üçün);

- gigiyena vasitələri (nəm və quru salfet, sabun və s.);

- kiçik bloknot və karandaş;

- kompas;

- fənər və batareyalar;

- telefon və qida bloku;

- mümkündürsə, yataq torbası.

Yadda saxlayın ki, hazırlıq çantası yaşadığınız yerə və fərdi xüsusiyyətlərə uyğun olmalı və xarab ola bilən ərzaq və ləvazimatlar mütəmadi yenilənməlidir.