Nazirliyin Elmi-Texniki Şurası

Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Elmi-Texniki Şurası əhalinin və ərazinin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması, yanğından mühafizə, sənaye və radiasiya təhlükəsizliyi, mülki müdafiə sahəsinin tənzimlənməsi məsələləri üzrə kollegial ekspert məsləhətçi orqandır.

Şuranın tərkibi sədrdən, sədr müavinindən, elmi katibdən və Şuranın üzvlərindən ibarətdir. Şuraya fövqəladə hallar naziri tərəfindən müəyyən edilən nazir müavini sədrlik edir. Şuranın tərkibi fövqəladə hallar nazirinin əmri ilə təsdiq olunur.

Şuranın üzvləri Fövqəladə Hallar Nazirliyinin mütəxəssisləridir. Şuranın tərkibinə digər mütəxəssislər də cəlb oluna bilər.



Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Elmi-Texniki Şurasının tərkibi:
 
Elmi-Texniki Şuranın (Şura) sədri:   
Faiq Tağı-zadə Nazir müavini
Şuranın sədr müavinləri:  
Tariyel Hüseynov Katibliyin köməkçisi
Fuad Hacızadə Regional mərkəzlərlə işin təşkili, layihələrin idarə edilməsi və təhsil məsələləri üzrə Baş idarəsinin təhsil məsələləri üzrə sektorunun baş məsləhətçisi, texnika elmləri doktoru, professor
Şuranın elmi katibi:  
Cəfər İbadov Katibliyin rəisi, iqtisad elmləri namizədi
Şuranın üzvləri:  
Etibar Hüseynov Baş hərbi ekspert, tarix elmləri namizədi
Yusif Nəbiyev Baş yanğın təhlükəsizliyi eksperti, hüquq elmləri üzrə fəlsəfə doktoru
Piri Quluzadə Xəzər Hövzə Qəza-Xilasetmə Xidmətinin rəisi, texnika elmləri namizədi
Azər Xanlarov Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin (TTNDA) S.Ə.Dadaşov adına Elmi-Tədqiqat və Layihə-Konstruktor İnşaat Materialları İnstitutunun direktor müavini, texnika elmləri namizədi
Fikrət Aslanov “İzotop” xüsusi kombinatının direktoru, tibb elmləri namizədi
Eldar Əliyev TTNDA-nin Elm, texnika və smeta normaları şöbəsinin müdiri, texnika elmləri namizədi
Əzimxan Həsənov TTNDA-nin Təsisatdankənar Dövlət Ekspertiza Baş İdarəsinin Memarlıq, baş plan və tikintinin təşkili layihəsi şöbəsinin baş mütəxəssisi, memarlıq namizədi
Nəcibə Əfəndiyeva Regional mərkəzlərlə işin təşkili, layihələrin idarə edilməsi və təhsil məsələləri üzrə Baş idarəsinin təhsil məsələləri üzrə sektorunun müdiri, kimya elmləri namizədi
Kamal Əliyev Tibb Xidmətinin Tibb işləri üzrə xidmət rəisinin müavini, tibb elmləri namizədi
Namiq Qayıbov Fövqəladə halların nəticələrinin aradan qaldırılması işinin təşkili Baş idarəsinin Tibb xidməti və psixoloji yardım işinin təşkili şöbəsinin rəisi, tibb elmləri namizədi
Pərviz Mehdiyev Fövqəladə halların xəbərdar edilməsi Baş idarəsinin Əhalinin və ərazilərin təhlükəsizliyinin təşkili idarəsinin sənayedə, tikinti və dağ-mədən işlərində təhlükəsizliyin təşkili sektorunun baş məsləhətçisi, texnika elmləri namizədi
Rüşti Səfərov Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyinin Azərbaycan Dövlət Əməyin Mühafizəsi və Təhlükəsizlik Texnikası Elmi-Tədqiqat İnstitutunun (AzDƏMTTETİ) direktoru, texnika elmləri namizədi
Salman Fətəliyev TTNDA-nin S.Ə.Dadaşov adına Elmi-Tədqiqat və Layihə-Konstruktor İnşaat Materialları İnstitutunun elmi katibi, texnika elmləri doktoru, professor
Vüqar Hüseynov  Nüvə və Radioloji Fəaliyyətin Tənzimlənməsi üzrə Dövlət Agentliyinin rəis əvəzi, fizika-riyaziyyat elmləri namizədi
Aydın Qafarov Nazirliyin Akademiyasının Elmi-tədqiqat şöbəsinin müdiri, texnika elmləri doktoru, professor
İlqar Dadaşov Nazirliyin Akademiyasının İdman, fiziki və qəza-xilasetmə hazırlığı kafedrasının baş müəllimi, texnika elmləri namizədi
Murad Paşayev Katibliyin köməkçisi